Bülent Ersoyun makiyajsız halı təəccübləndirdi - FOTO

Türk Sənət musiqisinin Divası Bülent Ersoy estetik mərkəzdən çıxarkən görüntülənib. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, Ersoy, plastik əməliyyatla bağlı sualları cavablandırıb. Diva "Bir prosedur etdinizmi?" sualına cavab verib: "Belə yerlərə gələndə mütləq plastik əməliyyat etdirməlisən? Bir dostuma baş çəkdim" deyə qeyd edib. Ustad sənətçi "efirə sərxoş çıxdı" rəyləri ilə bağlı da danışıb.

"Canlı yayım olduğu üçün çox həyəcanlı oluruq. 50 ildir həmişə bu sözləri deyirlər. Bəziləri doğru, bəziləri isə şər-böhtan idi” deyə Diva cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə