DSX tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib. DSX-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xidmətin hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, təcili tibbi yardım həkimi, ümumi cərrah, cərrah-onkoloq, həkim-neyrocərrah, həkim-oftalmoloq, plastik cərrah, otorinolarinqoloq, üz-çənə cərrahı, həkim-uroloq, həkim-onkoloq, həkim-hematoloq, anestezioloq-reanimatoloq, həkim-travmatoloq, həkim-terapevt, həkim-endokrinoloq, həkim-qastroenteroloq, həkim-nevropatoloq, həkim-psixiatr, həkim-infeksionist, həkim-dermatoveneroloq, həkim-kardioloq, həkim-fizioterapevt, həkim-radioloq, tibb bacısı/feldşer ixtisasları üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

Namizədlər fiziki cəhətdən sağlam olmalı, xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına (Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 99) müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (012) 564-16-92

Bütün xəbərlər Facebook səhifəmizdə