“Kəpəz” klubu daha üç futbolçu ilə vidalaşıb

“Kəpəz” komandası daha üç futbolçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, “sarı-göylər” Olavale Onanuqa , İqor Rodrigeş və Georgi Papunaşvili ilə vidalaşıb. Onlarla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Junior Martins, Adama Niane, Mate Kvirkviya, Vüsal Məsimov və Elçin Əlicanovla əməkdaşlığa son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə