Misirdə 3 mərtəbəli bina uçub - 14 nəfər ölüb

Misirin Asyut vilayətində 3 mərtəbəli binanın uçması nəticəsində 14 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misirin əl-Yevm qəzetindəki xəbərə görə, Asyut valisi İsam Səad Şərq məhəlləsində uçan 3 mərtəbəli binanın dağıntılarının çıxarıldığını bildirib. Uçmuş binadan 6 vətəndaşın xilas edildiyini bildirən Saad hadisədə 14 nəfərin həyatını itirdiyini bildirib. Qubernator Saad qeyd edib ki, binanın çökməsinin səbəbləri araşdırılır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə