“Sumqayıt” Rusiya və Türkiyə klubları ilə qarşılaşacaq

Türkiyənin paytaxtı Ankara şəhərində təlim-məşq toplanışı keçiriləcək “Sumqayıt”ın yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib. SİA xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi iyulun 7-də Rusiya Premyer Liqasında çıxış edən “Orenburq”, iyulun 12-də isə Türkiyə I Liqasında mübarizə aparan “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Digər rəqiblər barədə isə qarşıdakı günlərdə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə