Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə bugünədək 79 milyard kubmetrdən çox qaz ixrac olunub. Bu barədə SİA-ya Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci il iyulun 3-də istifadəyə verilib. Kəmər “Şahdəniz" qaz-kondensat yatağının kəşf olunmasından sonra bu layihə çərçivəsində hasil edilən təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyə bazarına nəql olunması üçün inşa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə