"Bəzi qrupların qərəzə yol verməsi özünü açıq göstərir" - Ceyhun Məmmədov

“Dünən Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxaraq Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab edib". SİA xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərlə bağlıdır: "Bəzi qrupların parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi özünü açıq göstərir. Parlamentin fəaliyyətini təhlil edərkən hesab edirəm bir neçə vacib məqama diqqət çəkmək istəyirəm. Fəaliyyəti müddətində parlament bir neçə parlament ittifaqına rəhbərlik etdi. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında Azərbaycan Parlamenti üzərinə düşən işi ləyaqətlə yerinə yetirdi. Ötən dövrdə Parlament həm xaricdə, həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib. Sahibə xanım, Siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz. Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə