“Azərbaycan dünyanın enerji təchizatında mühüm tərəfdaşdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində “Euronews”a verdiyi müsahibə dünyanın bütün ölkələrində yayımlandı və olduqca müsbət qarşılandı. Təkcə Azərbaycan və regionun deyil, dünyanın enerji təchizatında ölkəmizin mühüm tərəfdaş olduğunu bir daha göstərmiş oldu. Ölkə başçısının söylədiyi kimi keçirilən Enerji həftəsi və ya sərgiləri zamanı Amerika prezidenti məktub göndərmir, öz münasibətini bildirmir. Bu Bakı Enerji Həftəsinin dünyanın qlobal enerji təhlükəsizliyində mühüm yer tutmasının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, ölkə başçısı müsahibə zamanı ciddi məqamlara toxunub: “İlk növbədə Azərbaycanın ənənəvi karbohidrat ehtiyyatlarına malik enerji təchizatsı deyil, həm də yaşıl, bərpaolunan enerji sahəsində də ciddi uğurlara imza atdığını göstərir. Nümunə olaraq “Masdar” şirkəti ilə əlaqələrimiz və bu şirkətin artıq keçən ildən başlayaraq Azərbaycanda enerji istehsal etməsi və yeni yaşıl enerji mənbəyinin təməlinin qoyulması əməkdaşlığın ciddi nəticələri olduğunu vurğulamağa əsas verir.
Digər tərəfdən bir neçə fərqli xarici şirkətlərlə də yaşıl enerji sahəsindəki əməkdaşlığımız uğurla davam edir. Azərbaycan yaxın dövrlərdə dünyanın təkcə ənənəvi deyil, həm də bərpaolunan enerji mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda ölkə başçısı müsahibə zamanı qarşıda duran çətinliklər və onların həll olma yolları ilə bağlı da danışmışdır. Birinci növbədə öz milli enerji şəbəkəmizin genişləndirilməsi, gücləndirilməsi yer tutur ki, istehsal olunan enerjini qəbul edə bilək. Digər tərəfdən isə ötürücü enerji xətlərinin dəyişdirilməsi və qonşu ölkələrlə münasibətlərin düzgün qurulması da vacib şərtdir. Bununla da enerjimizi dünya bazarına çıxara bilməyimiz mümkün olacaq.

Həmçinin bölgədə sülh və sabitliyin olması da inkişaf üçün vacib şərtdir. Xüsusilə Ermənistanla münasibətlərin tənzimlənməsi, Zəngəzur koridorunun və digər nəqliyyat koridorlarının açılması da vacib məsələdir. Enerji həftəsinin keçirilməsi sülh prosesinə öz müsbət təsirini göstərəcək.

Prezident cənab İlham Əliyev enerjinin sülhə, əməkdaşlığa xidmət edəcəyini vurğulamış və göstərmişdir ki, Azərbaycan artıq karbohidrogen ehtiyyatları ilə bağlı enerji təchizatı və nəqli ilə əlaqədar böyük təcrübəyə malikdir. Artıq yaşıl enerji sahəsində də biz öz təcrübələrimizi qazanırıq. Təsadüfi deyil ki, bu il ölkə rəhbəri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. COP29 ölkəmizdə keçiriləcək və Azərbaycanın enerji sahəsinə mühüm töhfə verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə