"Növbədənkənar parlament seçkilərinin erkənə alınması çox əhəmiyyətlidir" - Tahir Mirkişili
"Milli Məclisin VI çağırış növbədənkənar parlament seçkiləri yeni səhifənin açılması üçün yeni tarix başladacaq". SİA xəbər verir ki, bu sözləri deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, 2020-ci ildən sonra müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bayrağımızın Şuşada dalğalanmasının şahidi olduq: "Kecən dövr ərzində Azərbaycan dünyaya günəş kimi doğdu. Bütün bunlar 2024-cu ilə qədər baş verdi. 2024-cu ildə isə Azərbaycan üçün yeni dövr başladı.
2024-cü il dünyada seçkilərin ən çox keçirildiyi vaxtdır. Dünya tarixində 70% ölkədə seçki keçirilir. Noyabr ayında çox böyük tədbir keçiriləcək. Azərbaycan çox az vaxtda bu tədbirə hazırlaşır. Çünki biz beynəlxalq tədbirlər üçün hazırıq. 200-ə qədər dövlət başçısı Azərbaycana gələcək. Dövlətlər halbuki, belə tədbirlərə illərlə hazırlaşır. Biz düşünürük ki, seçkilərin erkənə alınması çox əhəmiyyətlidir. Parlament seçkilərinin önə çəkilməsi Azərbaycanın dövlət maraqlarının qorunması cəhətdən vacibdir. Millət vəkillərini bu seçkini dəstəkləməyə çağırıram. Önə çəkilməsi üçün hər hansı maneə görmürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB