"Müstəqilliyimiz dünyada yaşayan 60 milyon azərbaycanlının müstəqilliyidir" - SAYMAN ARUZ

"Xalqın əldə edəcəyi ən ali dəyər müstəqillikdir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Sayman Aruz deyib.

Onun sözlərinə görə, mənim digər qonaqlardan fərqim budur ki, mən həm də Cənubi azərbaycanlıyam: "Biz də azərbaycanlı olaraq dünya xalqları içində bu dəyəri bilirik. Doğurdan da Azərbaycanı tarixi torpaqlarında həbsə salıblar. Cənubi azərbaycanlılarla qonşuyuq. Bu müstəqillik dünyada yaşayan 60 milyon azərbaycanlının müstəqilliyidir. Gün gələcək bu müstəqillik bütün dünyanı əhatə edəcək. Əmin olun ki, 45 milyon cənubi azərbaycanlı da bu müstəqilliyi seçir və sevir".

Bütün xəbərlər Facebook səhifəmizdə