"Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi öz bəhrəsini verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Mərkəzi Asiyada yerləşən dövlətlərlə əlaqələrin inkişafı, əsasında ortaq dəyərlər və ənənələr dayanan tarixi münasibətlərə yeni məzmun verilməsi ölkəmizin xarici siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyevin sözügedən istiqamətdə uzun illərdən bəri həyata keçirdiyi uğurlu siyasət dost və qardaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın intensivləşdirilməsi və genişləndirilməsi müstəvisində, artıq öz bəhrəsini verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, bu xüsusda Tacikistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində qarşılıqlı münasibətlərin yeni mərhələyə - strateji əməkdaşlıqdan strateji tərəfdaşlığa keçdiyini qeyd etmək lazımdır.

Qeyd edim ki, Tacikistan öz coğrafi mövqeyinə görə Mərkəzi Asiyanın, həm təhlükəsizlik, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin yeni marşrutlarının diversifikasiyası baxımından ən önəmli ölkələrindən biridir. Böyük İpək Yolunun perspektiv TransAvrasiya marşrutlarından biri Tacikistanın üzərindən keçərək Türkmənistana qədər uzanacaq. İranla Azərbaycan arasında əldə olunan razılaşmalara əsasən, bu ölkənin Türkmənistanla sərhəddə yerləşən Gülüstan ostanının Kəlalə şəhərindən Ağbəndə, Şərqi Zəngəzura qədər çəkilməsi nəzərdə tutulan multimodul nəqliyyat marşrutunun, həmçinin Zəngəzur dəhlizinin reallaşacağını da nəzərə alsaq, Azərbaycanla Tacikistan arasında kommunikasiya sahəsində əməkdaşlığın böyük perspektivinin olduğunu deyə bilərik. Bununla yanaşı, Prezident Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər, digər sahələrdə, o cümlədən Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret addımların atılacağını, iki ölkənin ayrı-ayrı dövlət və özəl təsisatları arasında əlaqələrin genişlənəcəyini söyləməyə əsas verir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə