"Erməni keşişləri xalqı revanşizmə sürükləyirlər" - Tural Gəncəliyev
“Ermənistan və Azərbaycan arasında proseslərə zərər vermək istəyən erməni kilsəsidir". SİA xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, erməni keşişləri xalqı revanşizmə sürükləyirlər: "Daha çox miflər, əsatirlər üzərində diskus quran kilsə erməni xalqının sarı siminə toxunaraq hərəkət etmək istəyir. Erməni keşişləri harada məbəd görürdülərsə, şam yandırıb erməni kilsəsi adlandırırdılar. Biz buna qarşı mübarizə aparmalıyıq. Avropa siyasətçiləri kilsə amilini bu məsələdə dəstəkləyib erməni xalqını məhvə sürükləyir. Ermənistanın varlığının kilsədən asılılığını dayandırmaq lazımdır. Onlar erməni kilsəsinin manipulyasından əl çəkməli, qonşuları ilə mehriban olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB