"Gələcəyə yönəlmiş əməkdaşlıq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanla Ermənistan parlament sədrlərinin bir neçə dəfədir müxtəlif platformalarda görüşlər keçirmələri ölkəmizdə parlament diplomatiyasının uğurla həyata keçirildiyinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə belə davam edib: “Məlum olduğu kimi bir neçə gün öncə Prezident İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi və bir sıra yeni kəndlərin təməlini qoydu. Səfər çərçivəsində Cəbrayıl rayonunun da bir neçə kəndinin təməli qoyuldu. Bu bir daha onu göstərir ki, Böyük qayıdış gözlənildiyindən də sürətli bir formada həyata keçirilir. Digər bölgələrimiz kimi, Cəbrayıl da sürətlə yenidən qurulur. Eyni zamanda bir neçə gün bundan əvvəl Cəbrayılda Azərbaycan İran sərhədində Xudafərin hidroqovşağının istismara verilməsi və Qızqalası hidroqovşağının açılış mərasimi keçirildi. Xeyli vaxt idi ki, İran və Azərbaycan tərəfi bu hidroqovşaqlarla bağlı müzakirələr aparırdılar. Bu tədbirin baş tutması Azərbaycan İran münasibətlərində yeni bir mərhələ kimi qiymətləndirilməlidir.

Xudafərin hidroqovşağının istismara verilməsi və Qızqalası hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Bu həm də onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu bütün hədəflərə uğurla nail olur. Burada bir mühüm məqama da toxunmaq istəyirəm. Məlum olduğu kimi sözügedən layihənin inşasına ötən ilin 80-ci illərin sonundan başlanılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra layihənin həyata keçirilməsi davam etdi. Burada Ulu Öndərin misilsiz xidmətlərini qeyd etmək lazımdır. O 1994-cü ildə İrana səfər çərçivəsində layihənin davam etdirilməsi barədə müzakirələr apardı.

Eyni zamanda sonrakı dövrdə Prezident İlham Əliyev 2016-cı ildə İrana səfər edərkən İran tərəfi ilə sözügedən hidroqovşaqlarla bağlı növbəti saziş imzalandı. Həmin dövrdə bəzi radikal qruplar bu sazişin imzalanmasının yanlış qərar kimi təqdim etməyə çalışdılar. Hətta 2020-ci ildə də bu məsələ yenidən gündəmə gəldi. Həqiqət isə ondan ibarətdir ki, o dövrdə həm Ulu Öndər Heydər Əliyev həm də Prezident İlham Əliyev əmin idilər ki, torpaqlar mütləq geri qayıdacaq. Sərhəddə baş verən görüş bu fikri bir daha təsdiq etdi.

Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafına üstünlük verib. Bu görüşün keçirilməsi də İran - Azərbaycan əlaqələrinin qorunub saxlanmasına yönələn bir addımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə