"Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülhə töhfə verir" - Ayxan Hacızadə

Azərbaycan diplomatiya və multilateralizm (çoxtərəflilik - red.) yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verməkdə davam edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

"Bu gün Sülh Naminə Beynəlxalq Multilateralizm və Diplomatiya Günüdür. Multilateralizm həm əməkdaşlıq üsulu, həm də beynəlxalq sistemin təşkili formasıdır. Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verməkdə davam edir", - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə