Müsavat “Milli Şura”nın mitinqinə etiraz etdi ANALİZ

Arif Hacılının qardaşı Mustafa Hacıbəyli: “Mitinq qərarı verənlər öz ənənəvi xislətlərini dəyişmədiklərini biruzə verirlər”

Mövcud reallıqlara əsaslanaraq qeyd etmək olar ki, dağıdıcı müxalifət heç zaman özünün düşüncəsinə və ağılına müvafiq olaraq addımlara atmayıb, açıqlamalar verməyib. Daim kiminsə sözünə, hansısa qüvvənin sifarişinə uyğun olaraq qərarlar verib, fikirlər səsləndirib. Heç şübhəsiz ki. dağıdıcı ünsürlərin mayın 5-nə planlaşdırdıqları icazəsiz aksiyanın da ideya müəllifi xarici maraqlı dairələrdir. Hansı ki, həmin dairələrdən maddi və mənəvi dəstək alırlar. Əgər müstəqil mövqelərinə və öz ağıllarına əsaslansalardı, o zaman dünyanın hazır ki qarışıq dönəmində aksiyaların keçirilməsinə ehtiyac duymazdılar. Ən azı fikirləşərdilər ki. region dövlətlərində xaos və anarxiyanın hökm sürdüyü hal da Azərbaycan sabitlik adasıdır. Böyük Qarabağ zəfərindən sonra xalq xoşbəxt və məmnundur. Hansı ki, tarixin heç bir dönəmində Azərbaycan xalqı indiki qədər sevincli və qürurlu olmayıb. “Milli Şura” deyilən qondarma qurumun millətin sevincinə soğan acı soğan doğramağa çalışması yalnız və yalnız düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Həm də nəzərə almaq lazımdır ki, Ermənistandakı revanşistlər və bu revanşistlərə dəstək göstərən Almaniyanın və Fransanın qaranlıq dairələri hər vəchlə bölgə də yeni dağıdıcı müharibə ocağının yaradılmasına çalışırlar. Bu yolla Azərbaycanın sürətli sosial, iqtisadi, hərbi gücünə xələl gətirməyə ümid edirlər. Əli Kərimlinin, Cəmil Həsənlinin və onların ətrafında fırlanan trolların belə hiyləgər və məkrli planların bir hissəsi olmağa çalışmaları onların ermənidən də pis erməni olduqlarını göstərir.

Əli Kərimli niyyəti polislə qarşıdurma yaratmaqdır

Suallar yaranır ki, niyə Əli Kərimli və Cəmil Həsənli mitinq şousunu Lokbatan qəsəbəsindəki stadionda deyil Bakının mərkəzi küçə və meydanlarında göstərməyi planlaşdırır? Cavı çox sadədir, Ə.Kərimli şüurlu şəkil də anlayır ki, Qaradağdakı stadionda aksiya keçirməyə cəhd etsə, rüsvayçılıqla üzləşəcək. Çünki özünün qohumlarından və trollarından başqa o şounu izləməyə gələn olmayacaq. “28 may” və “ Nərimanov” metrostansiyalarının önü isə insanların və avtomabillərin dah sıx hərəkət etdikləri ərazilərdir. Təbii olaraq meydan da hay-küy qaldırılsa şəhər sakinləri qeyri-ixtiyari ayaq saxlayıb, baş verənləri izləyəcəklər. Bu da Ə.Kərimli və trollarının işinə yarayacaq. Onlar aksiyanı tamaşaçı qismində ironiya ilə izləyən şəhər sakinlərinində şəkillərini çəkib xaricdəki Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən mətbu orqanlara və internet TV-lərə göndərəcəklər. Həmin təbliğat maşınları da ardıcıl olaraq müəyyən şər və böhtanlar əlavələr etməklə şəkilləri paylaşacaqlar. Hətta ola da bilsin ki, Azərbaycan dövlətini ittiham edən bəyanatlarda səsləndirilsin. Deyilsin ki, guya Azərbaycan sərbəst toplaşmaq azadlıqlarını pozur. Hesabatlar tərtib edib, ölkəmizi qarşı qarayaxma kampaniyasının aparılması da mümkündür. Çünki bu kimi hallar hazırlanan ssenarinin tərkib hissələridir.

“Rəzillik, şərəfsizlik, nadanlıq Əli Kərimlinin alnına yazılıb”

Cəmiyyət, o cümlədən də siyasi partiyalar Milli Şura və AXCP-nin icazəsiz aksiyalarını keçirilməsini qətiyyətlə pisləyirlər. AMİP sədri Arzuxan Əlizadə bizimlə söhbətində bildirdi ki, radikal müxalifətin mitinq keçirmək istəkləri xaricdən onlara verilən sifarişdir: “Azərbaycan çox böyük qələbələrə, uğurlara imza atır. Belə vaxtda mitinq keçirmək ideyası ilə çıxış etmək yolverilməzdir. İnanıram ki, onların mitinqini xalq dəstəkləməyəcək. Beləliklə mitinq baş tutmayacaq və radikallar növbəti dəfə özlərini rüsvay etmiş olacaqlar”.

Milli Məclisin deputatı Elşən Musayev isə SİA-ya açıqlamasında Əli Kərimlinin bitmiş, qurtarmış, xərclənmiş adam olduğunu bildirdi: “Ona görə hər gün, hər mövsüm yeni riyakarlıqlarla, növbəti imitasiyalarla, sərsəm-sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. Ona görə “mən də varam” kompleksinə girib. Ona görə xarici piştaxtalarda keçi qiymətinə satılmağı, kimlərinsə “əl meymunu” olmağı özünə rəva bilir. Xaric məsələsini niyə xüsusi qeyd elədim? Çünki son mitinq təşəbbüsü, aksiya sifarişi xaricdə qərarlaşan anti-Azərbaycan qüvvələrindən gəlib”. E.Musayev onu da bildirdi ki, rəzillik, şərəfsizlik, nadanlıq Əli Kərimlinin alnına yazılıb: “O bu möhürü, bu adı öz üzərindən heç zaman götürə, silə bilməyəcək. Çünki layiqdir!”.

Müsavat partiyasının yetkililəri də Ə.Kərimli, C.Həsənli və onların ətrafındakı trolların mitinq şousu planlaşdırmalarının yersiz olduğunu qeyd ediblər. Müsavat başqanı Arif Hacılının qardaşı, partiyanın Divan üzvü Mustafa Hacıbəyli özünün Facebook hesabında yazdığı statusunda bildirib ki, Əli Kərimli Müsavatın mayın 1-ə təyin etdiyi qurultayın gündəm olmasına qısqanclıqla yanaşdığından özlərinin mənasız aksiyalarını planlaşdırıblar: “Mustafa Hacıbəyli Müsavat Divanın üzvü, Eyni ssenari təkrar olunur. 2019-cu ilin oktyabr ayında Müsavat Partiyasının qurultayı ərəfəsində AXCP mitinq təyin etmişdi. Müsavatda tarixi debata bir gün qalmış mitinqin günü açıqlanmışdı. İstər həmin debat günü, istərsə də Müsavatda qurultayın keçirildiyi gün gündəmdə Müsavatın qurultayı ilə yanaşı, AXCP-nin bir neçə gün sonra keçirəcəyi mitinq də vardı. O vaxt bir sıra siyasi müşahidəçilər yazmışdı ki, AXCP rəhbərliyi, ayda-ildə bir dəfə keçirdiyi mitinqi həmin günlərə salmaqla, Müsavatın gündəm olmasına qısqanc münasibətini büruzə verib. İllərdir AXCP mitinq keçirmir (buna şərait də yoxdur). Bəlkə heç indi də keçirməyəcək. Amma yenə məhz Müsavatın qurultayı ərəfəsində gözlənilmədən bu qərarı verənlər, öz ənənəvi xislətlərini dəyişmədiklərini biruzə verirlər”.

Bir sözlə fakt ondan ibarətdir ki, cəmiyyətin bütün təbəqələri, hətta eyni qazandan qidalandıqları həmfikirləri belə hazır ki, məqamda aksiyaların keçirilməsinə zərurət olmadığını bildirilər. Ə.Kərimli,C.Həsənli isə verilən tapşırıqların qulu olduqlarından cəmiyyətə qarşı çıxırlar. Lakin anlamırlar ki, xalqa qarşı çıxanların aqibəti tarixin zibilliyi ola bilər.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə