Əli Kərimli Qənimətə qarant, qranta qənimət deyib ŞƏRH

Əli Kərimlinin xaricdən aldığı mitinq tapşırığı müxalif düşərgədə, hətta AXCP ilə adı qoşa çəkilən Müsavat partiyasında da çox ciddi bir etirazla qarşılanıb. Burada da ilginc səbəblər var. Müsavatda, ümumilikdə müxalif düşərgədə başa düşürlər ki, bu Əli Kərimlinin şəxsən aldğı tapşırıqdır. Bu mitinq qərarırnın nə AXCP, nə də Milli Şuraya adiyyatı var. Bu adlar sadəcə mitinq tapşırığını əsaslandırmaq üçün hallandırılır.

Müsavat partiyasındakılar öz aləmlərində digər bir narahatlıq da keçirməkdədirlər. Deyirlər ki, bəs Müsavat qurultay keçirəcəkdi, Əli Kərimli mitinq keçirir ki, qurultay kölgədə qalsın. Belə baxanda, gülünc fikirlərdi. Birincisi, Müsavat özü nədir ki, onun qurultayı nə ola?! İkincisi də ki, Əli Kərimlinin mitinq qərarına cəmiyyətdə heç bir reaksiya yoxdur. Bir adamın ki, mitinq çağırışı ilə bağlı yazdığı statsusa maksimum 500-600 layk gələ. Onlar da elə AXCP trollarının fake səhifələrdən etdikləri layklardır. Mitinq üçün heç bir sosial sifariş yoxdur. Əgər belə olmasaydı, Əli Kərimli trollarını 20-30 manat qarşılığında mitinqə adam tapmaq üçün çayxanara salmazdı. Belə məlumatlar cəbhəçilər tərəfindən təklif almış şəxslər tərəfindən səsləndirilib.

Müxalif düşərgədəkilərin narahatlığının əsas səbəbi Əli Kərimlinin qrant alması və ya alacağıdır. Qarant və sifarişin verilmə mənbəyi də elə müxalif düşərgə tərəfindən səsləndirilib. Əli Kərimliyə Qənimət Zahidin vasitəsi ilə Fransadan tapşırıq gəldiyi açıq formada qeyd edilir. Bu ehtimal əslində daha çox əsaslı görünür. Fransanın ölkəmizə qarşı tutduğu ədalətsiz mövqe və bunun üçün hər vasitədən istifadə etməsi bu ehtimalın doğruluğna şübhə yaratmır. Əli Kərimli kimiləri isə qrant qarşılğında bu çirkin oyunda oynamaq üçün əldən-ayaqdan gedirlər. Anti-Azərbaycan dairələrin və onların əlində alət olan anti-milli ünsürlərin ölkədə qarışıqlıq yaratmaq cəhdləri elə onların korşalmış gözlərində qalacaq! Özünü, kimliyini, maddiyyat qarşılığında mənliyini unudan Əli Kərimli bunu unutmasın!

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə