Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən XI Qlobal Bakı Forumunun nəticələri müzakirə edilib - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov BMT-nin Cenevrə ofisinin baş direktoru Tatiana Valovaya, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, UNAIDS icraçı direktoru Vinnie Byanyima, Ümumdünya Texnologiya Birliyinin baş direktor müavini Tomas Lamanauskas ilə görüşlər keçirib. Bu barədə SİA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən XI Qlobal Bakı Forumunun nəticələri və gələcək əməkdaşlıq, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Baş Assambleyası çərçivəsində təşkil etdiyi Nyu-York Ali səviyyəli toplantısı, “Summit of the Future”, COP29, o cümlədən mərkəzin ənənəvi olaraq Cenevrədə təşkil etdiyi ali səviyyəli toplantının təşkilati məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə