Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında qeyd edilib.

Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə edib, regional sülh quruculuğu səylərinə toxunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə