"Biz öz işimizi, öz maraqlarımız çərçivəsində həyata keçirməkdə qərarlıyıq" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Prezident İlham Əliyev Xankəndi şəhərində çıxışında bildirdi ki, "İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur".

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev SİA-ya açıqlamasında bunları deyib: "Azərbaycan indiyə qədər bir çox bəyanatları eşidib, amma nəzərə almayıb: “Biz AŞPA-nın yaxud digərlərinin bəyanatlarına üzərində deyil, öz milli və dövlət maraqlarımız çərçivəsində planlaşdırırıq və uğurla həyata keçiririk. İndiyə qədər torpalarımızın azd edilməsi, suverenliyimizin bərpa edilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyev xalqımıza nə söz veribsə hamısını artıqlaması ilə yerinə yetirib”.

Ekspert bildirib ki, bizə qarşı olan qüvvələrin bu qədər səhv proqnozlar, mülahizələr irəli sürməsinə rəğmən, yenə kimsə Azərbaycana qarşı bəyanat səsləndirirsə ən azından həmin şəxsləri psixoloji yardım üçün aidiyyəti qurumlara təqdim etmək lazımdır: “Kim nə deyirsə desin, nə edirsə etsin, bu bizi çox da maraqlandırmır. Biz öz işimizi, öz maraqlarımız çərçivəsində həyata keçirməkdə qərarlıyıq və bu gələcəkdə də belə olacaq. Həmin qüvvələrə də məsləhət verərdim ki, ən azından son günlər NATO Baş katibinin, Amerika Bişləşmiş Ştatları Prezidentinin Azərbaycana ünvanladığı mesajlara diqqətlə baxsınlar. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla mövqeyinə nəzər salsınlar. Əks halda onlar öz bəyanatları ilə özünütəcrid prosesinə başlamış olacaqlar”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə