Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışırıq - TÜRKİYƏ SƏFİRİ

Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışırıq - TÜRKİYƏ SƏFİRİ

Türkiyə hökuməti ölkənin Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışır. Bunu SİA-ya Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

"Bu istiqamətdə qarşılıqlı görüşlər həyata keçirilir. Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi iki ölkə arasında önəmli bir addımdır. Ticarətinə güzəşt tətbiq edilən malların sayının 15-dən 30-a çatdırılması vacibdir", - deyə o qeyd edib.

Səfir əlavə edib ki, mayın ilk həftəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə iki ölkə arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək, bir sıra istiqamətlərdə müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə