Bir müddətdir ki, erməni cəmiyyəti daş atıb başını tutur ki, azərbaycanlılar Xankəndidə onlara məxsus tikililəri sökür və guya böyük qanun pozuntusuna yol verilir. Maraqlıdır ki, haylar tikili dedikdə nəyi nəzərdə tuturlar ki, beləcə həyasızlıq edirlər və söküntü işlərini qanunsuzluq kimi qələmə verməyə, göstərməyə çalışırlar? Xankəndidə olmayan erməni irsinə məxsus tarixi tikili sökülür, yoxsa hayların hansısa olmayan memarlıq abidəsinin söküntüsündən söhbət gedir ki, bu qədər vay-şüvən qoparırlar? Azərbaycan öz ərazisində hansısa qondarma rejimin binasının sökülməsi qərarını verərkən nə erməni cəmiyyətinin razılığını alası deyil və nə də hansısa kənar dövlət, yaxud hansısa kənar qüvvələr rəsmi Bakının daxili işlərinə qarışmaq səlahiyyətinə sahib ola bilməzlər.
Xankəndi şəhərində işğal dövründə inşa edilən, özü də qanunsuz şəkildə inşa edilən tikililər sökülür. Qanunsuz tikilinin də aqibəti onsuz da elə tikildiyi zaman bəlli idi. Bəlli idi ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra həmin tikililər sökülməlidir. O zaman haylar həmin tikililəri inşa edəndə nə düşünürdülər? Elə zənn edirdilər ki, ərazilərimizi əbədi olaraq işğal altında saxlayacaqlar, yoxsa düşünürdülər ki, həmin əraziləri özlərinin torpaqları kimi qəbul etdirəcəklər? Haylardan sual oluna bilər ki, qondarma qurumun “parlament” adlanan binası Azərbycan ərazisində niyə də olmalıdır axı? Yaxud, qondarma “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binası, YERKRAP adlanan Ermənistan Respublikasının Könüllülər İttifaqı binasının Azərbaycan ərazisində olması hansı məntiqə sığışır? Qonşu dövlətin, özü də təcavüzkar, işğalçı birdövlətin işğal faktını təsdiqləyən tikilisinin, yaxud tikililərinin ölkə ərazisində saxlanılması nəyə lazımdır? Əgər ermənilər elə zənn edirlərsə ki, onların işğalçılıq siyasətini təsdiqləyən tikililər qorunub saxlanılmalıdır, deməli bərk yanılırlar.
Öz ərazisində qanunsuz tikililərin sökülməsi ilə bağlı Azərbaycan istənilən vaxt qərar vermək hüququna sahibdir və Ermənistanda səs-küy yaradılması tamamilə yersizdir. Sözsüz ki, suda boğulanın saman çopünə əl uzatması misalında olduğu kimi, ermənilər indi ölkəmiz əleyhinə müxtəlif bəhanələr axtarırlar. Bu bəhanələr axtarışında da söküntü işləri onlar üçün bir mövzu hesab olunur. Məhz bu nöqteyi-nəzərdən də bəzi binaların, daha dəqiq desək, qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışırlar. Özlərini elə aparırlar ki, guya erməni irsinin silinməsi üçün binalar sökülür. Ən azından haylar belə bir şəkildə bütün dünyaya car çəkməyə çalışırlar. Amma görünən odur ki, onların bu iddiaların hamısı əsassızdır və cəfəngiyyatdan başqa bir şey deyil.
Ola bilsin ki, qaraçı kimi yaşayan və məhz elə qaraçı kimi də məskunlaşan haylar hələ də başa düşə və anlaya bilmirlər ki, hansısa bir şəhərin Baş Planı olur və şəhər də məhz həmin plan üzərində salınır. Bəlkə də qaraçı kimi yaşayan ermənilər onu da dərk edə bilmirlər ki, Baş Plana uyğun olmayan tikiliyə yol verilməz, ya da səhvən tikilsə belə, sökülməlidir. Biz indi haylara məhz bu xüsusda xatırlatmaq istərdik ki, Xankəndi şəhərinin Baş Planı hələ SSRİ dövründə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqlənib və həmin şəhərdə tikinti-quruculuq işləri məhz Azərbaycan SSRİ tərəfindən aparılıb və həmin dövrdə haylar heç burunlarını belə məsələlərə soxa da bilmirdilər. Onu da xatırlatmaq istərdik ki, ermənilərin tikdikləri həmin o barəsində qeyd olunan tikililər şəhərin Baş Planında olmayıb. Deməli, onların sökülməsi labüddür və burada Ermənistanın, yaxud ermənilərin hansısa qara-qısqırıq salmaları tamamilə yersiz və mənasızdır.
Qarabağı işğal etdikdən sonra Ermənistan tərəfi Xankəndidə lazımsız, mənasız, yersiz şəkildə tikinti işləri həyata keçirilib. Haylar tikinti işləri apararkən qətiyyən şəhərin Baş Planı barədə düşünməyiblər də. Elə buna görə də Xankəndinin Baş Planına uyğun olmayan tikililər ərsəyə gətiriblər. Necə deyərlər, qanunsuzluqlarına tikinti sahəsində də davam ediblər, rəvac veriblər. Ən azından həmin plan barədə düşünmədən tikinti işlərinin aparılması hədsizliyin son nöqtəsi kimi görülməkdədir və bu gün həmin tikililərin sökülməsi həm də ermənilərə öz hədlərinin qandırılması baxımından əvəzsizdir. Heç olmasa haylar indi də olsa, başa düşsünlər ki, başqasının torpağında, özü də şəhərin Baş Planına uyğun olmayan bir tikilini inşa etmək həm qanunsuzluq, həm də söküləcəyini nəzərə alsaq, ən böyük axmaqlıqdır. Çünki həmin binanın tikintisinə Ermənistan tərəfinin külli miqdarda, özü də şişirdilmiş vəsaitlər də sərf etdiyi bəllidir.
Haqqında qeyd olunan həmin o qondarma “Arsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü, daha dəqiq desək, 2007-ci il sentyabrın 2-də olub. Mərasimdə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan da böyük həvəslə iştirak edib. Bir faktı da diqqətə çatdıraq ki, məhz erməni mətbatında həmin o binanın tikintisi zamanı külli miqdarda yeyintiyə yol verildiyinə dair kifayət qədər məlumarlar da dərc edilirdi. Qondarma “parlamentin” iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, lakin bu vəsait kifayət etməyib deyə, ona görə də 2007-ci ildə əlavə olaraq, yenə də 985 min ABŞ dolları ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsaitlər alınıb. Bir sözlə, düşünülməmiş, plansız və qanunsuz şəkildə tikilən binanın tikintisinə haylar axmaqcasına yetərincə çox vəsait sərf ediblər. Amma bu gün onlar, yəni ermənilər həmin vəsaitlər barədə deyil, məsələni siyasiləşdirmək istiqamətində özlərinə əl qatıblar və hər vəchlə Azərbaycanı ittiham etmək niyyətində olduqlarını sübut etməkdədirlər. Halbuki, bunun üçün zərrə qədər şansları da yoxdur, hüquqları da. Belə olan halda isə səs-küylərinin zərrə qədər mahiyyət kəsb etməməsi bəlli olur.
Hər iki bina, yəni sökülməsi haqlı olaraq qərara alınan qondarma qurumun “parlament” binası və “YERKRAP”-ın binası Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur. Həmin o bədnam “parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı yer olub. İllər boyunca həmin tikililər azərbaycanlılar əleyhinə, xalqımızın əleyhinə qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib. Belə binaların Azərbaycan tərəfindən bəlkə qoruncağını haylar zənn ediblər? “YERKRAP”, yəni “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının üçmərtəbəli binası üstdən baxdıqda xaç şəklində görünür və bunun Azərbaycana, ölkəmizin şəhərinə və Baş Planına heç bir aidiyyəti ola bilməz. Bütün bunların fonunda həmin tikilinin düz şəhərin ortasında saxlanacağı hər halda, ermənilərin özlərinin də inanamadıqları məsələdir. Açılışı 2013-cü il mayın 9-da baş tutan və düz şəhərin ortasında inşa edilən binanın açılışında Ermənistanın o zamankı prezidenti Serj Saqsyan və qondarma rejimin həmin dövrdə rəhbəri olan Bako Saakyan iştirak etmişdi. Bir sözlə, əlləri azərbaycanlıların qanına bulaşan vandallar orada “sevincək” iştirak etmişdilər və indi terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərən, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edən “YERKRAP” binası düz ortada saxlanmalı idimi? Yəni, təyinatından da göründüyü kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərin sökülməsində qeyri-adi nəsə axtarmaq heç bir məntiqə sığışmır və axmaqlıq kimi də görünür.
Onu da diqqətə çatdıraq ki, işğal zamanı xunta rejimi Şuşada da “parlament binası” inşa etməyə başlamışdı. Lakin xunta rejimi buna nail ola bilmədi, çünki 44 günlük Vətən müharibəsində Şuşa işğaldan azad edilməklə, binanın inşası yarımçıq qaldı. Daha dəqiq desək, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ermənilərin arzularını gözlərində qoydu. Bu barədə ölkə rəhbərimiz də öz fikirlərini səsləndirib və Ali Baş Komandanımızın dediklərini xalqımız qürurla, fərəhlə qarşılayıb və işğal dövründə ermənilərin qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikmək niyyətlərinin, arzularının puç olduğunu diqqətə çatdırması hər birimizdə qürur hissi doğurur. “Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”, deyə bəyan edən dövlət başçımız hadisələrə real qiymət verib və indi bu reallıqların fonunda ermənilərin öz taleləri ilə barışmaqdan başqa çarələri qalmır. Hansısa tikili ilə bağlı səs-küy yaratmaq, qara-qışqırıq salmaq haylar üçün nə isə vəd etmir və bunlar hamısı mənasızdır.
Sadalananlar onu deməyə əsas verir ki, artıq cinayətkar rejimin, xunta rejiminin izləri tamamilə silinir. Həmin o tikililərin sökülməsi məhz erməni vəhşiliyi ilə bağlı planların qurulduğu məkanların özünün belə cəhənnəmə göndərilməsi deməkdir. Azərbaycan öz ərazilərində hansısa cinayətkar rejimin, xunta rejiminin izlərini saxlamalı deyildi və onların izləri nə qədər tez silinmiş olsa, təkcə Azərbaycan deyil, bütövlükdə bəşəriyyət üçün bir o qədər yaxşı olar. Vəhşiliklərin, insanlığa sığmayan vandallıqların, insanlıq dramı hesab olnan faciələrin müəllifi olan cinayətkarların, xunta rejiminin izi-tozu belə qalmamalıdır və heç bir qüvvə bu niyyətin qarşısını kəsə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB