“Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq”
Fevralın 26-də Gürcüstanın paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunan məlumatlandırıcı aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına Xocalı soyqırımına dair bukletlər paylayıblar.
Bukletlərdə Xocalı soyqırımının səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də statistik məlumatlar əksini tapıb.
Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu qətliamın insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB