Azərbaycanın Qarabağ iqtisadi rayonunun əbədi olaraq ermənilərin işğalı altında qalacağını pafosla səsləndirən hayların cəfəng fikirləri onilliklər boyu erməni cəmiyyətində dövriyyəyə buraxıldı, amma digər uydurmaları kimi bu da öz təsdiqini tapmadı. Haylar təkcə Azərbaycan ərazilərini tərk etmək yox, həm də diz çökərək təslim olmaq və 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqları qoyub qaçmaq məcburiyyətində qaldılar. Saysız-hesabsız erməni fərariləri məhz 44 günlük müharibə dönəmində hərbi texnikanı da, silahları da döyüş meydanında atıb aradan çıxdılar, çünki həmin ərazilər onların vətəni deyildi. Vətənsizlər, məhz ermənilərin timsalında vətəni olmayanlar torpaq uğrunda son damla qanlarına qədər döyüşməzlər, canlarını da fəda etməzlər, qoyub qaçarlar, necə ki, belə də etdilər.
Bu vaxta qədər erməni əsgərini dırnaqarası “məğlubedilməz” kimi göstərməyə, təqdim etməyə çalışan Ermənistanın silahlı qüvvələri Dəmir Yumruqla qarşılaşdığı zaman sarsıldı və cəmi 44 gün ərzində həmin o dırnaqarası “məğlubedilməzlər” kapitulyasiya sənədinə imza atmaqla məğlubiyyətlərini etiraf etməli oldular. Məsələ burasındadır ki, həmin o əraziləri qoyub qaçanlar, rüsvayçı məğlubiyyətə imza atanlar sonradan Qarabağ ərazilərinin guya heç zaman Azərbaycanın tərkibində olmayacağını, guya yenidən Ermənistanın işğalı altında olacağını səsləndirənlər heç qətiyyən utanmadılar. Sual oluna bilər ki, 30 ilə yaxın işğal altında saxladıqları həmin ərazilər niyə nəticədə Ermənistanın ola bilmədi? Yaxud haylar cavab versin görək, Qarabağ Azərbaycanın tərkibində olmayacaq deyənlər kordurlar, yoxsa öz gözlərinə də inana bilmirlər? Hər halda işğaldan azad etdiyimiz ərazilərdə quruculuq-abadlıq işlərini, Böyük Qayıdışı görməmək, yaxud bunları görə-görə görməməzliyə vurmağı elə ermənilər özləri bacara bilərlər. Ancaq vətənsizlər başa düşə bilməzlər ki, vətən torpağında quruculuq işləri aparılar. Onlar bunu 30 il müddətində qətiyyən başa düşmədilər və ancaq dağıdaraq, talançılıq edərək, həmin ərziləri viran qoydular, hansıki vətən torpağına qarşı belə münasibət göstərilməz.
Vətənsizlərin bir-birinin ardınca həmin o işğaldan azad edilən torpaqlar barədə sayıqlamaları ancaq istehza və gülüş doğura bilər. “Biz hələ qayıdacağıq” sözlərini səngərdə yazan əsgər həmin o mövqeyi qoyub qaçan erməni olub. Təsəvvür edəndə ki, əsgər bir fərari kimi qaçır və bu arada üstəlik, belə bir söz, ismaric qoyursa, bu, bütövlükdə həmin cəmiyyətin nə dərəcədə “xəstə” olduğuna əminliyimizi bir qədər də artırır. Qayıdacaqlarını guya ismarıc olaraq saxlayan haylar deyəsən hansı şəkildə getdiklərini unudublar. Bəlkə də elə hesab edirlər ki, qadın paltarı geyinib aradan çıxanlar elə bu şəkildə də həmin ərazilərə qayıda bilərlər, amma yanılırlar. Çünki həmin ərazilər vətənsiz ermənilərə deyil, Azərbaycan xalqına məxsusdur və bundan sonra vətənsizlərin orada bir vətən, bir dövlət xülyası ancaq elə xülya olaraq da qala bilər.
Döyüş meydanını erməni əsgərlərin qoyub qaçmasının, Azərbaycanın Qarabağ iqtisadi rayonunu qadın paltarında bəzilərinin tərk etmələrinin, erməni əsillilərin köməkliklər edilərək, ərazilərimizdən magistral yollarla, öz maşınlarında çıxıb getmələrinin fonunda gedib İrəvanda yumruq qaldırıb onu Azərbaycana qarşı silkələmək rəzalət əlamətidir. Əvvəla, qorxaqcasına, tülkü kimi qaçanların gedib uzaqdan özlərini şir kimi göstərmələri çox boyük rüsvayçılıqdır. Onların belə uzaqdan-uzağa “cəsarətlənmələri” bir toplum adına xəcalətdir və indi yumruqlarını göyə qaldıran haylar həmin yumruğun daha qüvvətlisi ilə artıq qarşılaşıblar və Dəmir Yumruğu çox yaxşı tanıyırlar. Digər tərəfdən də axı, onları Azərbaycan ərazilərindən qovan olmamışdı, əksinə, ölkəmizin vətəndaşlığını qəbul edəcəkləri təqdirdə digər vətəndaşlar kimi bütün təminatlarına, ələlxüsus da təhlükəsizliklərinin təminatına rəsmi Bakı tərəfindən vəd verilmişdi. Bu qədər alicənablığın, belə bir humanist təklifin fonunda onların indi İrəvanda yumruqlarını havada yelləmələri çox böyük bir nankorluqdur və biz hər zaman olduğu kimi, yenə də bunun, yəni onların nankorluqlarının şahidi olduq.
Ən dəhşətli məqam isə ondan ibarətdir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunu öz xoşları ilə, könüllü şəkildə tərk edən ermənilər beynəlxalq birliyə açıq məktubla müraciət ediblər, guya vətən hesab etdikləri ərazilərə görə “qiymət” də təyin edərək həmin ərazilərin müqabilində təyin etdikləri vəsaitin ödənilməsini istəyiblər. Bu dəfə həmin ərazilərə görə 100 milyard dollar istəyən haylar, bütün dünyaya “güzəşt” belə etdiklərini bəyan edərək, onlara minnət də qoyublar. Azərbaycanın Qarabağ iqtisadi rayonunu öz təbii ehtiyatlarına görə dünyanın ikinci İsveçrəsi kimi göstərən haylar bu “qiymət” məsələsində nə az, nə çox, düz 10 dəfə aşağı qiymət dediklərini də bəyan ediblər. Onlar hesab edirlər ki, həmin ərazilərin qiyməti düz bir trilyondur və bunun qarşılığında istədikləri məbləğə görə dünya ictimaiyyətinin hələ bir minnəti olsun. Hətta utanmadan bidirilib ki, dünyanın müdaxilə etməməsi, ermənilərə köməlik göstərməməsinə görə onlar “İsveçrəni” itiriblər. Lakin özlərini guya görməmiş kimi göstərməyərək, həmin o bir trilyon dolların cəmi 10 faizi ilə kifayətləndiklərini qeyd ediblər. Bəli, düz oxudunuz, ermənilər bundan əvvəl vətən deyib bağırdıqları əraziləri satışa çıxarıblar...
Haylar həmin “qiymət” qoyduqları rəqəmləri göstərəndə həm hərəsinə bir milyon düşəcəyini hesablayıblar, həm də belə hesab ediblər ki, onlara həmin pullar verildiyi zaman dünyanın istənilən nöqtəsində gedib özlərinə həyat, özü də rahat həyat qura bilərlər. Təbii, Ermənistan kimi bir ölkədə çox acınacaqlı şəkildə yaşamaqdansa, dünyanın istənilən ölkəsində həmin pullarla yaxşı yaşamaq olar. Amma görünür, haylar “satmaq” məsələsində o qədər mahirdirlər ki, guya vətən kimi saydıqlarını iddia etdikləri əraziləri də “satışa” çıxarıblar. Bu toplum vətən sözünü o dərəcədə “ucuz” tutur ki, alqı-satqısı barədə də düşünür və qərar verir. Hər halda, nəyə ehyam vurulduğunun ozucularımız fərqindədirlər. Fərqindədirlər ki, vətən alınıb-satılan deyil və onu satmaq barəsində düşünənlər deməli, vətənsizdirlər, onların vətən anlayışları belə yoxdur. Vətən mal, məhsul deyil və ona qiymət qoymaq dəhşətlidir. Belə çıxır ki, vətən dedikləri zaman ermənilər kartof, soğan kimi alınıb-satılan bir məhsul düşünürlər. Amma belə düşünənlərin qətiyyən vətəni olmaz. Vətənin bir qarışı belə nəinki satıla, heç güzəştə belə gedilə bilməz. Vətən uğrunda qan tökülər, vətən oğulları şəhid olarlar və bunu özləri üçün ən müqəddəs amal hesab edərlər və biz bunun sonuncu dəfə 44 günlük müharibə dönəmində şahidi olduq. Şahidi olduq ki, dişləri, dırnaqları ilə qayalara qalxan, düşməni məğlub etdikləri zaman Azərbaycan oğulları nə qədər böyük şücaət göstərdilər, ölümlə üz-üzə gəldikləri zaman zərrə qədər də çəkinmədilər və bütün bunların fonunda şəhidlik zirvəsinin xalqımız üçün nə demək olduğunu hər birimiz çox yaxşı bilirik.
Bəli, ermənilər döyüş zamanı qoyub qaçdıqları, uğrunda döyüşməkdən imtina etdikləri, sonra da öz xoşları ilə tərk etdiləri əraziləri utanmadan həm vətən adlandırırlar, həm də çox böyük həyasızlıqla onu satışa çıxarırlar ki, bu, artıq rüsvayçılığın son həddi olaraq qəbul edilir. Heç şübhəsiz ki, beynəlxalq birlik ermənilərin “qiymət” məsələsi ilə bağlı “alqı-satqılarından” müvafiq nəticə çıxarmış olar və hayların göndərdikləri həmin açıq məktubdab sonra indi artıq həmin ərazilərin ermənilərə aid olmadığına bir daha əmin olarlar. Əmin olarlar ki, vətən adlandırdıqlarını “satışa” çıxaranların nəinki həmin ərazilər vətəni ola bilməz, onların ümumiyyətlə, heç yerdə vətəni olmaz və vətən anlayışından da bu baxımdan xəbərsizdirlər. Əslində, tarixi faktlar da bunu təsdiq edir və xronologiyaya nəzər salındığı zaman görmək olar ki, haylar köçəri tayfalardan olublar və bir yerdən başqa yerə köçmək, hansısa əraziləri tərk etmək onlar üçün həm adi haldır, həm də artıq ənənə halını alıb. Məhz elə bu ənənəyə sadiq qalan haylar başqalarının ərazilərində yenə də köç etməli olublar. Amma bu dəfə ənənələrini pozaraq həyasızcasına “qiymər” qoyduqları açıq məktubu dünya birliyinə göndəriblər.
Yenidən həmin o döyüş meydanında haylar tərəfindən yazılan, “biz hələ qayıdacağıq” ismarıcını xatırlayırıq və sual edirik ki, hara qayıdacaqlar, kartof, soğan kimi satışa çıxardıqları ərazilərəmi? Bu, hay hayasızlığıdır. Bir tərəfdən ağız dolusu vətən deyir, sonra vətən dediyini qoyub qaçır, ardınca da onu “satışa” çıxarır və hələ qayıdacaqları barədə ismarıc da qoyur. Cəmi 3 il keçər-keçməz vətən adlandırdıqlarını satışa çıxaranlar görsünlər ki, Azərbaycan 3 il yox, 30 il mübarizə apardı ki, vətən torpaqlarını işğaldan azad etdi. İndi beynəlxalq birlik çox yaxşı başa düşür ki, həmin ərazilər kimin vətənidir. Başa düşür ki, vətəni olmayan vətənsizlər bu anlayışı belə dərk edə bilməzlər və onu alqı-satqı obyektinə çevirməyi də məqbul hesab edərlər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB