"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bəzi dairələri narahat edir" - Ceyhun Bayramov

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - nazir deyib.

XİN rəhbəri bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, öz suverenliyini bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir: "Yəni, nəticədə, onların, belə demək olarsa, sevimli oyuncaqları əldən gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə