“Münxen səfəri Azərbaycanın dünya birliyindəki yüksək nüfuzunu göstərdi” - ŞƏRH EDİLDİ
“Azərbaycan Müxhen Təhülkəsizlik Konfransında hər hansı bir tərəflə görüş barəsində müraciət etməmişdi. Ancaq Azərbaycan Prezidenti ilə görüşmək istəyən həm Qərb, həm Şərq ölkələrinin, eyni zamanda beynəlxalq təşkilat nümayəndələrinin sayı saysız-hesabsızdır. Bu Azərbaycanın dünya birliyində nüfuzunu, regionda və dünyada bir çox məsələlərin onun mövqeyindən asılı olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır: “Beynəlxalq hüquq işləməlidir, dövlətlər sülh, əməkdaşlıq, əmin-amanlıq istiqamətində hər zaman birgə fəaliyyət göstərməlidirlər. Sülhün təminatı dünya birliyinin vacib məsələsi olmalıdır. Eyni zamanda cənab Prezidentlə beynəlxalq təşkilat nümayəndələrinin görüşü də Azərbaycanın həmin təşkilatlarda rolunun artmasında maraqlı olduqlarını göstərdi.
Ölkə başçısı İlham Əliyevin ATƏT sədri ilə görüşündə isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir vacib əhəmiyyət daşımadığını, onun artıq tarixdə qaldığı vurğulandı. Azərbaycan dünya birliyinin həll edə bilmədiyi Qarabağ məsələsini həll edib, ərazi bütövlüyü təmin olunub. Azərbaycan ərazisində separatçılıq yolverilməzdir. Dövlət başçısının Müxhen səfəri Azərbaycanın dünya birliyində yüksək nüfuzunu, şəxsən cənab Prezidentin ciddi, müsbət imicli bir siyasi xadim kimi qəbul etdiyinin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB