“Budəfəki seçki Azərbaycan tarixində böyük bir hadisə idi“ - DEPUTAT FİKİR BİLDİRDİ
“2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı və xalqın ümid yeri olan İlham Əliyev qalib oldu. Azərbaycan dövlət başçısının sözləri ilə desək, ölkəmizin tarixində yeni eranın başlanğıcı qoyuldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etsə də, bizim suverenliyimiz bütöv deyildi, torpaqlarımızın 20 faizi düşmən işğalı altında idi: “Buna görə 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkiləri Azərbaycan tarixində böyük bir hadisə idi. Çünki ilk dəfə olaraq Azərbaycanın bütün bölgələrində xalq səsvermə hüququndan istifadə etdi. Uğrunda mübarizə apardığımız, şəhid verdiyimiz Qarabağ torpağında azad və demokratik şəkildə prezident seçkiləri keçirildi.
Bu gün dünyanın ayrı-ayrı ölkə rəhbərləri dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edir. Dövlət başçısının andiçmə zamanı səsləndirdiyi nitqi də tarixi əhəmiyyət daşıyır. Bu nitqdə də ölkənin daxili və xarici siyasəti, qarşıda duran məqsədlər barədə mühüm məsələlər yer almışdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB