"COP29-a ev sahibliyi etməsi Azərbaycanın nüfuzundan xəbər verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan öz tarixində yeni dövrə qədəm qoyur". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanın dövlət başçısının dili ilə desək, 2024-cü ilin fevralın 7-də növbədənkənar Prezident seçkiləri ilk dəfə olaraq bütün Azərbaycanı əhatə edəcək və əhatə etdi də: "30 il ərzində düşmən işğalı altında qalan torpaqlar və bu torpaqlarda azad edildikdən sonra ilk Prezident seçkiləri keçirildi. Yəni üç rəngli bayrağımız Azərbaycanın bütün bölgələrində qürurla dalğalanmağa başladı. 2024-cü ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olması dəqiqdir. Bu, birmənalıdır. O cümlədən, 2024-cü ilin noyabrında COP29 tədbirinin Azərbaycanda keçirilməsi və dünyada ən böyük tədbirlərdən biri olması onu göstərir ki, Azərbaycan özünü dünyada kifayət qədər tanıtdırıb. Azərbaycanın yetərincə nüfuzu var. Təsadüfi deyil ki, belə nüfuzlu, həm də iki həftə davam edən konfransda təqribən 80-100 min arası insan iştirak edəcək. Bunun Azərbaycanda keçirilməsi o deməkdir ki, Azərbaycan təkcə düşmən işğalını aradan qaldırmadı, torpaqlarını bütövləşdirmədi, eyni zamanda beynəlxalq aləmdə də böyük nüfuz sahibidir. Buna görə də dünya dövlətlərinin yekdil qərarı ondan ibarət oldu ki, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfrans - COP29 Azərbaycanda keçirilsin. Təbii ki, Azərbaycan bu konfransa hazırlaşır. Konfrans dünyanın iqlim dəyişikliyi ilə bağlı "Nəyə müsbət təsir edə bilərik?", "Nəyin qarşısını ala bilərik?" kimi məsələləri həll edəcək. Belə bir konfransa ev sahibliyi etməsi Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycan da təcrübəli dövlət kimi bu konfransın da öhdəsindən gələcək və Azərbaycanın dövlət başçısının sözləri ilə desək, yeni mərhələyə qədəm qoyan Azərbaycanın uğurları daha bol olacaq, demokratik yolla irəliləyən Azərbaycan həm öz vətəndaşları, həm də bəşəriyyət üçün uğurlu addımların atılmasında böyük xidmətlər göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB