Prezident seçkiləri nə ilə yadda qaldı? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Prezident seçkiləri nə ilə yadda qaldı? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri stabil qaydada, normal seçki prosesi fonunda həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, demək olar ki, böyük xalq kütləsi bu seçkidə iştirak etmiş oldu: "Namizədlərə bərabər şərait yaratdılar. Milli Cəbhə Partiyası olaraq biz də seçkidə fəal iştirak etdik. Seçki komissiyası normal aparıldı, heç bir problemlə qarşılaşmadıq. Məntəqələrdə də hər hansı problem olmadı. Azərbaycan üçün yeni mərhələdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu seçkini tarixi seçki kimi xarakterizə etmək olar. Ümumiyyətlə, namizədlər də öz platformalarını xalqa çatdırdılar. Həm radioda, həm də televiziyada heç bir əngəllə qarşılaşmadılar. Xarici müşahidəçilər də seçkilərin normal keçirildiyini vurğuladılar. Azərbaycana bu səpkidə müəyyən mərkəzlər tərəfindən qərəzli yanaşmalar, bəyanatlar oldu. Bu təbii olsa da, Azərbaycan xalqı seçkidə iştirak etdi, öz namizədinə səs verdi. Azərbaycan üçün yeni mərhələnin başlanması kimi prosesə start verildi. Milli Cəbhə Partiyası olaraq biz də prosesə töhfə vermiş olduq. Prosesin normal keçdiyini gördük. Xarici müşahidəçilər də normal seçki prosesinin şahidi oldular. Xarici dövlət başçıları da seçilən prezidentimizi təbrik etdilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə