Ukraynada yaşayan vətəndaşlarımız səsverməyə həvəslə gəlirlər - SƏFİR

Ukraynada yaşayan vətəndaşlarımız səsverməyə həvəslə gəlirlər - SƏFİR

Səhər saatlarından Ukraynaya, o cümlədən Kiyevə hava hücumu olmasına baxmayaraq, yerli vaxtla 08:00-dan seçki məntəqəsi tam gücü ilə fəaliyyət göstərir. Ukraynada yaşayan vətəndaşlarımız həvəslə məntəqəyə gələrək öz konstitusion hüquqlarından istifadə edirlər. SİA xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev söyləyib.

O bildirib ki, səhər saatlarında əsasən Kiyev bölgəsində olan vətəndaşlarımız səsvermədə iştirak edirdilərsə, günorta saatlarından sonra Ukraynanın digər bölgələrindən də səsverməyə gəlirlər. Bu da təsadüfi deyil. İlk dəfə olaraq seçkilər Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, bütün ərazilərimizdə keçirilir.

“Ukraynada yaşayan vətəndaşlarımız da öz Vətənlərinə sevgilərini nümayiş etdirərək səsvermədə fəal iştirak edirlər”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə