İctimai-siyasi xadimlər səsvermə prosesində fəal iştirak edirlər - FOTOLAR
Seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir. Seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədə səs verir. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir. SİA xəbər verir ki, səsvermə prosesində ictimai-siyasi xadimlər – YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva 32 saylı Suraxanı 3-cü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər.
SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə 36 saylı Xətai-Suraxanı seçki dairəsinin 38 saylı seçki məntəqəsində öz səsvermə hüququndan istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB