Bu gün - 7 fevral tarixində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 35 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, seçkilər səhər 08:00-da başlayıb. Bu seçki məntəqəsində də fəallıq müşahidə olunur. Seçicilər aktiv iştirak edirlər. Ümumilikdə ölkədə 6537 seçki məntəqəsi formalaşdırılıb.
Məntəqə sədri Faina Ələkbərova: "23 saylı Nəsimi-Səbail dairəsinin 35 saylı məntəqəsinin sədriyəm. Seçki çox yaxşı davam edir. Seçicilər fəaldır. Bizim siyahıda 1065 nəfər seçici var. 24 ərizə yazılıb ki, yaşlı insanlar üçün evdə səsvermə təşkil olunacaq. Saat 11:00-dan sonra iki qrup evlərə gedəcək. İndiyə kimi 130 nəfər səs verib".
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB