"Bu AŞPA-nın dəyirmanına su tökmək kimi bir şeydir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Real partiyasının sədri İlqar Məmmədovun Avropa Şurası Parlament Assemblyasında baş verən hadisələrlə bağlı çıxışı və Türkiyə deputatlarını günahlandırması hesab edirəm ki, haqsız və lazımsız münasibət idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: "Onun bu açıqlamasının ölkələrimiz arasındakı münasibətlərin inkişafına mənfi təsirindən söhbət belə gedə bilməz. Çünki İlqar Məmmədov ölkədə fəaliyyət göstərən siyasi partiyalardan sadəcə birinin rəhbəridir, yəni bu dövlətin mövqeyini əks etdirən bir çıxış deyil.
İlqar Məmmədov da yaxşı bilir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib, Qarabağ zəfərindəki rolu da danılmazıdır. Bütün bunları bilə-bilə Türkiyənin ünvanına əsassız fikirlər səsləndirmək elə AŞPA-nın dəyirmanına su tökmək kimi bir şeydir.
Biz bu gün Azərbaycan AŞPA-nın əsassız ittihamlarını müzakirə etməliyik, hədəfi və diqqəti əsas məsələdən yayındırıb Türkiyəyə yönləndirmək, qardaş ölkəni günahlandırmaq heç bir məntiqə sığmır. Bu qətnamə sırf Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qərəzi və təxribatıdır. Bunun da layiqli cavabı verilib".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB