Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı məlum qərəzli qərarına görə Azərbaycan nümayəndə heyətinin Bəyanat yayaraq, həmin qurumla ölkəmizin əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar qəbul etməsi heç də təsadüfi və səbəbsiz deyil. Bu, ilk növbədə AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya, islamofobiya mühitinin olması ilə əlaqədardır. Digər tərəfdən də Azərbaycana qarşı haqsız, ədalətsiz, ikili yanaşma, qərəzli mövqe sərgiləndiyi bir təşkilatla, özü də heç bir təsir mexanizmi olmayan, ermənipərəst və çirkin niyyətlilərin dominantlıq etdiyi bir təşkilatla ölkəmizin əməkdaşlığının da, həmin təşkilatda iştirakının da dayandırılması tamamilə məntiqi və tələb olunan, gözlənilən doğru addım hesab olunur.
Nümayəndə heyətimizin sessiyanı yarımçıq tərk etməsi tərs şillə effekti verdi
Bəyanatı səsləndirdikdən sonra Azərbaycanın nümayəndə heyətinin sessiyanı yarımçıq tərk etməsi də təsadüfi sayıla bilməz. Əlbəttə ki, bu addım tamamilə yerində atılan addımdır və Azərbaycana qərəzli münasibət sərgiləyənlər üçün çox kəskin və ciddi mesajdır. Daha dəqiq desək, Azərbaycanın nümayəndə heyəti məhz sözügedən bəyanatı səsləndirdikdən sonra sessiyanı yarımçıq tərk etməklə, həmin qurumun da, orada iştirakın da, əməkdaşlığın da bundan sonra mənasız olması qənaətini iştirakçılara çatdırmış oldu. Çatdırmış oldu ki, ümumiyyətlə, öz mövqeyimiz bildirilmədiyi, Azərbaycan reallıqları Avropa ailəsinin diqqətinə çatdırılmadığı və lazım gələndə müdafiə də edilmədiyi halda AŞPA bizə nə maraqlı görünmür, nə də heç lazım da deyil. Ələlxüsus da, Fransa, eləcə də ona qoşulan Almaniyanın da ölkəmizə qarşı qərəzli mövqeyi və onların tandem şəklində çıxış etmələri fonunda bu qurumun bizim əleyhimizə olmasından sonra orada iştirakın maraqsız olması da sessiyanı tərk etməklə diqqətə çatdırılmış oldu. Sözsüz ki, ermənidən betər erməni olan Fransa prezidenti Emmanuel Makron və ondan heç də geri qalmayan almaniyalı deputat Frank Şvabenin də bu çirkin təşəbbüsün, ölkəmizə qarşı qərəzin önündə getməsi fonunda Azərbaycan nümayəndə heyətinin öz bəyanatını səsləndirdikdən sonra sessiyanı tərk etməsi elə fransalıların, almanların liderlərinin də, onların dəyirmanına su tökənlərin də üzünə vurlan tərs sillə effekti kimi təəssürat yaratdı.
Bəyanatla bir daha bildirildi ki, Azərbaycanla diktə dili ilə danışmaq olmaz
Nümayəndə heyəti öz bəyanatı ilə bir daha nümayiş etdirdi ki, heç bir beynəlxalq təşkilat, heç bir ölkə Azərbaycanla diqtə dili ilə danışa bilməz. Doğrudur, bu barədə dəfələrlə bildirilib, bəyan edilib. Hətta ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev öz çıxışlarında, öz müsahibələrində dəfələrlə bunu bütün dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət başçımız dəfələrlə qeyd edib ki, Azərbaycanın milli maraqları hər şeydən öndədir və eləcə də ölkəmiz haqq yolunda, doğru yoldadır və bizi bu yoldan döndərmək, yaxud da bizimlə diqtə dili ilə danışmaq mümkün deyil. Görünür, AŞPA buna bir daha əmin olmalı imiş və ümid edirik ki, həmin qurumun ölkəmiz barədə gəldiyi ədalətsiz qərardan sonra nümayəndə heyətinin bəyanatı belə bir əminlik üçün kifayət edər, əgər həqiqətən də orada əleyhimizə olanlar özlərini heç olmasa bundan sonra görməməzliyə, eşitməməzliyə vurmasalar.
Etimadnamənin ratifikasiysından imtina AŞPA və Avropa Şurası hakimiyyəti üçün ciddi zərbə deməkdir
Sözsüz ki, Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifkasiysınadan imtina AŞPA hakimiyyəti üçün də, Avropa Şurası hakimiyyəti üçün də ciddi zərbə deməkdir və ağır nəticələri də gözləniləndir. Bu barədə də xəbərdarlıq olunub və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq Komitəsinin qərarına etiraz məktubunda bunu xüsusilə qeyd edib. "Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina AŞPA-nın və ümumilikdə Avropa Şurasının hakimiyyətinə ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşür", deyə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib və bununla da Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti özünün daha bir mesajını da çatdırıb. Bununla hətta vurğulayıb ki, ağır nəticələrə səbəb olacaq məlum addımın məsuliyyəti elə həmin addımın təşəbbüskarlarının üzərindədir, cavabdeh də onlar özləridirlər.
Azərbaycanın nümayəndə heyətinin səsinin dondurulmasına məntiqi cavab verildi
Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüsün, məhz qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancverici olması fonunda AŞPA-dakı nümayəndə heyətinin həmin təşkilatda öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması tamamilə anlaşılan və eyni zamanda məntiqidir. Özü də Azərbaycanın nümayəndə heyətinin bəyanatında konkret və ciddi arqumentlərlə dolu olan bir yanaşma öz əksini tapdığı da diqqətdən yayınan deyil. Nümayəndə heyəti tərəfindən verilən bəyanat qanunun aliliyini nəzərə almağın, haqqın, ədalətin təmin edilməsinin, elə bu fonda da Azərbaycanın milli maraqlarının qornmasının vacibliyini ön plana çıxarır və bu, ilk növbədə də məhz AŞPA adlı bir beynəlxalq quruma xatırladılır. Xatırladılır ki, işğala, təcavüzə məruz qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan, əraziləri darmadağın edilən, vəhşiliklə, barbarlıqla qarşılaşan Azərbaycan tərəfidir. Diqqətə çatdırılır ki, uzun illər boyu haqları tapdalanan, haqsızlığa məquz qalan biz olmuşuq və bizə qarşı belə bir ədalətsiz yanaşma yalnız qərəzin təzahürüdür və belə bir qərəzli qurum Azərbaycan üçün heç də lazımlı ola bilməz.
AŞPA-da anti-Azərbaycan fəaliyyətə qarşı rəsmi Bakıdan gözlənilən adekvat addım
Əlbəttə ki, əvvəla, ölkəmizə qarşı məlum münasibətdən sonra Azərbaycanın Avropa Şurasında qalmasının, yaxud da hansısa qüvvələrin maraqlarına xidmət edən bir qurumda fəaliyyətini davam etdirməsinin heç bir mənası da yoxdur. Mənasız şəkildə fəaliyyət bizim nəyimizə lazımdır axı? Özü də AŞPA-dakı nümayəndə heyətinin həmin təşkilatda öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması ilə kifayətlənmək də lazım deyil. Bəyanatın ardınca ilk növbədə üzvlük haqqının ödənilməsi də dayandırılsa tam yerinə düşər və sözügedən təşkilat artıq öz hesabını getmiş olar. Bunun da ardınca Azərbaycanın nümayəndə heyəti, Avropa İnsan Haqları Məhkəməsindəki hakimimiz, Nazirlər Komitəsindəki səfirimiz geri çağırılsa, Avropa Şurası Parlament Assambleyası vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqində olmuş olar. Həm də onun fərqində olar ki, bizim üçün, Azərbaycan üçün AŞPA deyilən qurum artıq mənasız bir təşkilat kimi hesab olunur. Məhz bu məqam özü də AŞPA-da anti-Azərbaycan fəaliyyətə qarşı rəsmi Bakının adekvat hücumu, həmləsi hesab olunur. Ona görə adekvat həmlə hesab olunur ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifin gündəmə gətirildiyi təşkilatda Bakıya qarşı siyasi təzyiq planı, məhz bu addımla ifşa və darmadağın edilir, reallaşdırılmasına da imkan verilmir. Həmin təşkilatın özünün də cılızlığı həmin bəyanatla bir növ elan edilir.
AŞPA qərəzli qrupların maraqlarının təminat platforması olan marionet quruma çevrilib
Artıq heç kim üçün sirr deyil ki, bəzi üzv dövlətləri hədəfə almaq üçün AŞPA-dan bir platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təminatı məqsədilə sui-istifadə edirlər. AŞPA siyasi korrupsiyanın, ayrı-seçkiliyin, etnik və dini nifrətin, ikili standartların, təkəbbürlülüyün, şovinizmin hökm sürdüyü platformaya çevrilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü özü belə çirkin kampaniyanın tərkib hissəsidir və qərəzli qrupların öz maraqlarının təmin edilməsi yönündə bir addımdır. Atdığı addımları ilə bu təşkilat, öz prinsiplərindən uzaqlaşdığını, ümumiyyətlə praktiki fəaliyyətini maraq qruplarının istəkləri üzərində qurduğunu təsdiqləyir. Azərbaycana qarşı qərəzli kampaniyanın məhz indiki dövrdə, daha dəqiq desək, seçki ərəfəsində edilməsi də maraq qruplarının sifarişidir. Məqsəd də seçki mühitini pozmaq, seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsinə kölgə salmaqdır. Deməli, bəlli olur ki, AŞPA bir növ, artıq marionet quruma çevrilib.
AŞPA-nın məlum qərarını təskinlik hesab edənlərin cılızlığı və acizliyi
Boğulmamaq üçün saman çöpunə əl uzadan çarəsiz misalında, AŞPA-nın məlum ədalətsiz addımından düşmənlərimizin bərk “sevincək” olması başadüşüləndir. AŞPA-nın bəyanatını, qərarını da həm şişirtmələri, həm də özləri üçün bunu bir növ, təskinlik hesab etmələri də anlaşılandır, çünki onların, dövlətimizin, ölkəmizinn əleyhində olanların başqa çarələri də yoxdur. Məsələn, Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifkasiysınadan AŞPA tərəfindən imtina edilməsinə görə erməni cəmiyyəti, belə demək mümkünsə, “ruhlanmış” olub. Sözsüz ki, ermənilərdən, haylardan bundan fərqli davranış, fərqli yanaşma gözləmək də sadəlövhlük olardı və düşmənin hələ də öz xislətini biruzə verməsi bəlli məsələdir. İş ondadır ki, öz ölkəsinin nümayəndə heyətinin etimadnaməsinin ratifkasiysınadan imtina edilməsinə sevinən xaricdə yaşayan sapı özümüzdən olan baltalar, milli xainlər, satqınlar da var və onlar özlərini düşməndən betər aparırlar. Elə bilirlər ki, bununla nə isə əldə edə biləcəklər və hansısa məqamda onların xəyanətkar fəaliyyətləri üçün bir işıq da olsa düşə bilər. Amma yanılırlar. Dərk edə bilmirlər ki, yel qayadan bir şey qopara bilmədiyi kimi, heç bir beynəlxalq qrumun rəsmi Bakıya qarşı haqsız, ədalətsiz, qərəzli niyyəti Azərbaycanın öz haqq yolundan döndərə, öz müstəqil siyasətinə mane ola bilməz. Bu vaxta qədər xəyanətkarlıqdan başqa əllərindən bir iş gəlməyənlərin, elə ermənilər kimi “sevincək” olanların özlərinə təskinlik verməkdən başqa çarələri yoxdur. Bu, onların acizliyindən xəbər verir və Azərbaycan cəmiyyətində onların kimliyi, daha dəqiq desək, xəyanətkarlıqları barədə gəlinən qənaət bir daha öz təsdiqini tapır.
Mənasız bir təskinlik üçün reallıqları, Azərbaycanın nümayəndə heyətinin bəyanatla çıxış etməsini, məlum qərara görə AŞPA-nı ittiham etməsini, buna görə özlərinin cavabdeh olduqlarını onlara bildirməsini, eləcə də bəyanatı səsləndirdikdən sonra dərhal sessiyanı yarımçıq tərk etməsini, bununla da ölkəmizə qarşı diqtə dili ilə danışmağın mümkünsüz olmasını bəyan etməsini görməməzliyə vurmaq, dəyərləndirməmək cılızlıq və acizlikdir. Belə bir acizliyin, belə bir cılızlığın fonunda qüdrətli Azərbaycan dövlətinə qarşı gələn düşmənlər özlərini gülünc vəziyyətə qoymuş olurlar. Bu vəziyyətə, yəni gülünc duruma düşən, kimliyindən asılı olmayaraq, istər erməni cəmiyyəti olsun, istərsə də ermənilərin dəyirmanına su tökməklə məşğul olan xaricdə oturan sapı özümüzdən olan baltalar, xainlər olsun, istərsə də onlar kimi düşünənlər olsun, hər biri bilməlidir ki, Azərbaycanı öz qətiyyətli mövqeyindən döndərmək, rəsmi Bakının apardığı müstəqil siyasətə mane olmaq mümkünsüzdür. Bilməlidirlər ki, məlum qərara görə mənasız təskinliyi ilə hər biri yalnız öz cılızlığını, acizliyini ortaya qoymuş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB