"İlqar Məmmədovun çıxışı münasibətlərə zədə gətirir" - DEPUTAT ŞƏRH ETDİ
"Real"ın sədri İlqar Məmmədovun Avropa Parlament Assemblyasında baş verən hadisələr ilə bağlı çıxışı və Türkiyə Parlamentariləri günahlandırması hesab edirəm ki, iki ölkə arasında əlaqələrə mənfi təsir göstərən bir yanaşmadır və bu cür açıqlamalar, bu cür yanaşmalar iki ölkə arasındakı münasibətlərin inkişafına yox, uzunmüddətli inkişaf edən əlaqələrin zədələnməsinə yönəlmiş bir açıqlama və bəyanatdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə belə davam edib: "Bu cür açıqlamalar, bu cür şərhlər qəbuledilməzdir və İlqar Məmmədovda yaxşı bilirki, Türkiyə hər zaman Azərbaycanın yanında olub hər zaman Azərbaycanın mövqeyini dəstəkləyibdir, Qarabağ zəfərində Türkiyənin çox böyük rolu olubdur. Bütün bunları bilə-bilə Türkiyənin ünvanına bu kimi fikirləri səsləndirməkdə elə Avropa Şurasının bir sıra Avropa dövlətlərinin marağına xidmət edir. Hazır ki, həssas məqamda və hazır ki, həssas dövrdə belə bir bəyanatın, belə bir açıqlamanın verilməsi qəbuledilməzdir. Hazırda bu gün Azərbaycan Avropa Şurasının Parlament Assemblyasının çıxartdığı və Azərbaycanın ünvanına olan ittihamları müzakirə edərkən əsas hədəfi və diqqəti burdan yayındırıb Türkiyəyə fikri yönləndirmək, Türkiyəni günahlandırmaq qəbuledilməzdir. Bu sırf Avropa Parlamentinin və Avropa Şurası Parlamentinin Assemblyasının Azərbaycana qarşı qərarıdır, qərəzidir, təxribatıdır və bunlar qəbuledilməzdir. Və bu gün biz Avropanın bizə qarşı qərəzini, təxribatlarını və ittihamlarını müzakirə edirik. Ona görə hazırki dövrdə bu cür bəyanatlar verilməməlidir. Biz Türkiyə ilə qardaşıq və dostuq.
Biz hazırda Avropa Parlament Assemblyasının bizə qarşı qərəzli qətnaməsini müzakirə edirik. Ona görə hər kəs eyni zamanda hamı bu kimi məsələlərdə çox diqqətli olmalıdır, ehtiyatlı olmalıdır və bu cür bəyanatlar verilməməlidir. Bu cür bəyanatlar verməməlidir və bu cür bəyanatlar həmin qurumların bir sıra Avropa dövlətlərinin maraqlarına xidmət edir. Ona görə hərkəs verdiyi açıqlamalarda çox diqqətli, ehtiyatlı və məsuliyyətli olmalıdır. Biz əsas diqqətimizi yönəltmişik bir daha dediyim kimi bizə qarşı ədalətsizliyə və bizə qarşı qərəzə. Bu gün müzakirə mövzusu olan atılan addımlar sırf buna hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB