Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano da ermənidən betər erməni olduğunu, daha dəqiq desək, ifrat dərəcədə ermənipərəstliyini açıq-aşkar şəkildə ortaya qoymaqla, çox böyük yanlışlığa yol verib. O, reallıqları, həqəqətləri nəzərə belə almadan, faktlara deyil, miflərə və uydurmalara, fərziyələrə istinad etməklə, özünü gülünc vəziyyətə qoyub və eyni ilə, Avropanın heç bir əsası olmadan iddia irəli sürən, haqlı tərəfə qarşı ittihamlarla çıxış edib sonra rüsvay olan ermənipərəst siyasətçiləri kimi özünü çox axmaq bir duruma salıb. Yəni, onlar kimi axmaqlıq edib.
“Avropa İttifaqı Azərbaycana aydın siqnallar göndərir ki, bu ölkə tərəfindən Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulması qəbuledilməzdir və bu, Aİ ilə Azərbaycan arasında münasibətlərdə ciddi nəticələrə gətirib çıxaracaq”, deyə erməni jurnalistin sualını cavablandırarkən sayıqlayan Stanonun dediklərinin tamamilə absurd olduğunu hər kəs başa düşür. Başa düşür ki, Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasından söhbət belə gedə bilmdiyi halda, heç bir pozuntu halı müşahidə edilmədiyi halda onun erməni jurnalistə belə bir cavab verməsi təkcə ermənipərəstliyinin deyil, həm də axmaqlığının təzahürüdür. Çünki ərazi bütövlüyünün pozulması ilə əlaqədar bircə dənə də faktı Stano ortaya qoya bilməyəcəyi təqdirdə, çox axmaq bir vəziyyətə düşəcəyini elə indidən təsəvvür etmək çətin deyil.
Doğrudur, Ermənistana məxsus mətbuat səhifələri Peter Stanonun fikirlərindən böyük həvəslə sitat gətirirlər və bu, əlbəttə ki, başadüşüləndir. Sözsüz ki, ermənilər hər zaman olduğu kimi, həqiqət, reallıq deyil, qanunsuz, əsassız mövqelərinin Stano kimi axmaqlar tərəfindən müdafiə edilməsi marağındadırlar. O, da özünə nəinki axmaqlığı, həm də yaltaqlığı rəva bilərək, erməni dəyirmanına su tökməklə, işini bitmiş hesab edir. Amma başa düşmür ki, ədalətsiz yanaşması, haqsız, əsassız ittihamları ilə ilk növbədə özünü gülünc vəziyyətə salır, çünki heç bir fakta istinad etmədiyi halda, dedikləri də, özü də qeyri-ciddi qəbul olunmaqdadır. Əslində, Stano Azərbaycana “barmaq silkələməklə” əməlli-başlı həddini aşır və nəinki siyasi etikaya, heç ədəb qaydalarına da yaraşmayan şəkildə özünü aparmış olur. Bununla da yalnız özünü rüsvay edir, başqa heç nə edə bilmir və edə də bilməz. Heç nə edə bilməyəcəyinə özünün də əmin olması üçün bu məsələdə “təcrübəli” birindən, Fransa kimi bir Avropa dövlətinin liderindən, Emmanuel Makrondan soruşa bilərdi. O zaman görərdi və Makronun vəziyyətinə baxaraq, başa düşərdi ki, ölkəmizə ultimatum dili ilə danışmaq cəhdlərinin heç bir mənası yoxdur və ümumiyyətlə belə bir ton qəbuledilməzdir. Fransa prezidenti özü də Stanoya başa sala bilərdi ki, erməni təxribatlarına dəstək vermək, Azərbaycanın haqlı, aydın və düşünülmüş hərəkətlərinin qarşısını almaq cəhdləri fiaskoya uğramağa məhkumdur.
Azərbaycan cəmiyyəti, rəsmi Bakı Peter Stanonun da, onun kimilərinin də əsassız, arqumentsiz, həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən çıxışlarını da, bəyanatlarını da istehza ilə dinləyir. Brüsseldə hansısa erməni jurnalistinə açıqlama verərkən Stano sadəcə olaraq, yaltaqlığını sübut etməkdən başqa bir şeyə nail ola bilmədi, çünki dünya ictimaiyyəti həqiqətin nədən ibarət olduğunu və Ermənistan tərəfinin yalnız uydurmalara, yalana, böhtana əl atdığını, əsassız iddiaları alət olaraq istifadə etmək niyyətində olduğunu yaxşı bilir. Onu da yaxşı bilir ki, erməni cəmiyyəti Stano kimi ermənipərəst yaltaqları da alət olaraq qəbul edir və lazım olmadığı zaman onların özlərini də hədəfə alır. Bu rakursda da Peter Stano məhz Fransa prezidentindən müəyyən təcrübə ala bilər, çünki heç bir təsiri olmadığını gördükləri zaman indi ermənilər Makronun özünü də lağ hədəfinə çeviriblər. Hər halda, bir Avropa ölkəsinin prezidentinin, özü də ermənidən betər bir erməni kimi özünü aparan biri haylar tərəfindən hədəfə alınıbsa, deməli, Peter kimi birisi istənilən anda, yəni lazım olmadığı zamanda, heç nəyə yaramadığı bəlli olduğunda ermənilər üçün hədəfə çevrilə bilər. Çevrilə birlər yox, elə çevrilməlidir, çünki Azərbaycanın haqlı olması, hüquqi müstəvidə hərəkət etməsi, beynəlxalq hüquqa istinad etməsi, qanuni tələblərlə çıxış etməsi, ələlxüsus da, haqlı olması fonunda onun heç nəyə nail ola bilməyəcəyi indidən bəllidir. Deməli, hədəfə çevriləcəyi də təkzib edilə bilməz və bu da onun axmaqlığının nəticəsi olacaq.
Diqqətə çatdıraq ki, Azərbaycan cəmiyyəti bir zamanlar Avropa Komissiyasının sədri Ursula fon der Leyendən tamamilə fərqli bir yanaşmanı da müşahidə edib, hansıki həmin o sədrin siyasi çəkisi, Peter Stanodan da, onun rəhbəri olan Borreldən daha böyükdür. “Avropa İttifaqını dəstəklədiyiniz üçün təşəkkür edirik. Avropa İttifaqı Rusiyadan qaz tədarükünü diversifikasiya etmək və daha etibarlı tərəfdaşlara müraciət etmək qərarına gəlib. Mən şadam ki, Azərbaycan da onlardan biridir. Siz həqiqətən bizim ən mühüm enerji tərəfdaşımızsınız və həmişə etibarlı olmusunuz”, deyə bəyan edən Von der Leyenin Bakıya gəldiyi zaman Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək söylədikləri nəinki bizim, elə Avropa İttifaqının da diqqətindən yayınan deyil. Avropa Komissiyası Bakı ilə Azərbaycanın təbii qazının idxalını 2027-ci ilə qədər iki dəfə artırmaq və 15 il ərzində onun həcmini ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalamasını hər kəs xatırlayır. Deməli, indi Peter Stano sadəcə olaraq boşboğazlıq edir. Bir halda ki, Avropa Komissiyasının sədri qeyd olunan şəkildə çıxış edirsə, Azərbaycan da öz öhdəliyinə əməl edirsə, deməli, Stano deyilən sözçünün söylədiyi elə sözdən başqa bir şey deyil və cəfəngiyyatdır. Üstəlik, Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün pozulması halı olmayıbsa, onun dediklərinin mahiyyəti də yoxdur.
Azərbaycanın Ermənistana nə zamansa, yəni gələcək zamanda hücum edəcəyi barədə fikirlərə, uydurmalara istinad etmək, həqiqətən də axmaqlıqdır. Əvvəla, hücum etmək üçün heç bir səbəb yoxdur. Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü, süverenliyini tam təmin edib və hansısa hücuma da ehtiyac qalmır. Əgər ermənilər, rəsmi İrəvan hansısa bir qorxuya düşübsə, qorxu yaşayırsa, bu tamamilə başqa məsələdir və buna əsaslanaraq fikir səsləndirmək, sözün əsl mənasında axmaqlıqdır. Digər tərəfdən də axı rəsmi Bakı bütün diplomatik platformalarda qələbə qazanır və hansısa hücuma ehtiyac da olmadan milli maraqları və qanunlar çərçivəsində istədiyinə də nail olur. Həm də axı, ermənilər özləri də, Peter Stano da bilməlidir ki, hücum üçün hazırlıq görülməsini peykdən də izləmək mümkündür və əsassız olaraq boşboğazlıq etməyə nə ehtiyac var? Bir halda ki, peykdən izləmək mümkündür, deməli, hücuma hazırlığı gizlətmək də mümkün deyil. Belə çıxır ki, Peter Stano tərəfindən səsləndirilən fikirlər cəfəngiyyat olmaqla onun axmaqlığını birmənalı şəkildə sübut edir. Ən gülünc məqam isə ondan ibarətdir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü həqiqətə deyil, ölkəmizə növbəti yersiz, mənasız “hücum” barədə uydurulan ehtimala istinad edir və buna axmaqlıqdan başqa bir ad vermək mümkün də deyil.
Hələ bundan sonra “hücum” ediləcəyi, Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə gələcək zamanda pozulacağı barədə indidən uydurma mülahizələrə görə Azərbaycanı ittiham edən Peter Stano və eləcə də bütövlükdə Avropa İttifaqı əsrin üçdə birinə yaxın müddət ərazində Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlamasına, torpaqlarımızı vəhşicəsinə talan edilməsinə görə nə əcəb bircə dəfə də olsa Ermənistanı heç qınamayıb da? Bir milyondan artıq azərbaycanlının 30 il ərzində qaçqın və məcburi köçkünə çevrildiyi zaman niyə Avropa İttifaqı susdu, Peter Stano kimiləri də səsini belə çıxarmadı? “Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə dəstəyimizi təkrarlamaqdan və problemlərin müstəsna olaraq sülh yolu ilə həllindən yorulmamışıq”, deyən Stano hansı üzlə bu ifadələri səsləndirir? Axı Azərbaycan öz ərazi bütövlüyünü bütövlükdə Aİ-nin və konkret olaraq ayrı-ayrı ölkələrinin mövqeyi və dəstəyi sayəsində deyil, öz gücü ilə bərpa edib. Axı Avropa İttifaqı işğalçı ölkə olan Ermənistanı sakitləşdirmək üçün yeritdiyi siyasət də göz qabağında olub. Bəlkə Stano deyilən həmin o axmaq, 44 günlük müharibə zamanı dinc Azərbaycan şəhərlərinə ermənilərin hücumlarından, azərbaycanlı qocaların, qadınların və uşaqların ölümündən də xəbərsizdir? Xeyr, onun hər şeydən xəbəri var, sadəcə olaraq özünü qanmazlığa və axmaqlığa qoyub və Ermənistanı da bu cinayətə görə cəzalandırmaq çağırışı etmək niyyətində də görünmür. Budurmu Avropa İttifaqının ədaləti? Budurmu qayğıya qalmaq barədə onların iddialılığı? Bu, iddialılıq yox, elə axmaqlıqdır və Peter Stanonun fikirlərində də özünü göstərməkdədir.
Sual oluna bilər ki, Ermənistandan qovulmuş 300 min azərbaycanlının geri qayıtmaq hüququ barədə niyə Avropa İttifaqı susur? Niyə Stano demir ki, azərbaycanlıların da öz yurd-yuvalarına qayıtmaq hüququ təmin edilməlidir? İndi ermənipərəstlik yarışmasına çıxanlar o qədər axmaqlıq edirlər ki, ermənilər özləri də onlara gülürlər. Məsələn, Qarabağı 150 min erməninin tərk etməsini deyən Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin sözlərinə ermənilər özləri düzəliş edirlərsə ki, bu rəqəm 100 mindir, deməli, avropalı ermənipərəst diplomatlar ermənilərin özlərini də təəccübləndirməklə, tamamilə ağını çıxarıblar. Belə çıxır ki, bu gedişlə yaxın zamanda avropalı ermənipərəst diplomatlar iddia edəcəklər ki, Qarabağı 200 min, 250 min erməni tərk edib, halbuki həmin ərazilərdə cəmisi 30-35 min erməni əsilli yaşayıb. Belə çıxır ki, heç bir fakta, arqumentə istinad etmədən, əsaslanmadan ağlına gələni danışmaq avropalı diplomatlar üçün adi hal alıb, amma istənilən halda bunun adı axmaqlıqdır. Azərbaycan tərəfini etmədiyi əməllərə görə, gələcəkdə edəcəyi şübhəsi altında ittiham etmək də axmaqlığın son həddidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB