“Qarabağ artıq öz ruhuna geri dönür, cənnət məkana çevrilir” - ŞƏRH EDİLDİ

“Qarabağ artıq öz ruhuna geri dönür, cənnət məkana çevrilir” - ŞƏRH EDİLDİ

“Biz böyük zəfəri əldə etdik və 3 ildən artıq bir müddətdir ki, həmin torpaqlarda böyük quruculuq işləri aparılır. Eyni zamanda illərdən bəri öz əzəli torpaqlarından, doğma evindən məcburi uzaq düşmüş vətəndaşlarımız öz doğma torpaqlarına qayıdırlar. Vətəndaşlarımızın yerlə-yeksan olmuş, yer üzündən süpürülmüş evlərinin yenidən bərpa edilməsi üçün Azərbaycan dövləti səfərbər olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, bu gün Qarabağımızda infrastruktur dəyişiklikləri ilə yanaşı, yeni inzibati binaların tikilməsi, məktəb və bağçaların yaradılması tam şəkildə həmin bölgələrin canlanması və məskunlaşdırılması üçün ölkə başçısının rəhbərliyi ilə məqsədyönlü proqramlar hazırlanıb: “Artıq Azərbaycan vətəndaşları öz doğma yurd-yuvalarına qayıdırlar. Bu proses bir ildən artıqdır ki, başlayıb və sürətlə davam etdirilir. Görülən işlər nəticəsində Qarabağ artıq öz ruhuna geri dönür, cənnət məkana çevrilir. Biz bu torpaqlarda qapımızı bütün dünyaya açacağıq. Bir vaxtlar tamamilə ermənilər tərəfindən bərbad vəziyyətə salınmış bölgənin qısa müddət ərzində yenidənqurulması Azərbaycan dövlətinin gücünün nümayişidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə