"Azərbaycana qarşı mediada müharibə aparırlar". SİA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-İN 2023-cü il üzrə fəaliyyətinə aid mətbuat konfransında deyib.
O, sözlərinə belə davam edib: "Region ölkələri regiona sahib olmalıdırlar. Bununla bağlı bizim mərkəzin də yeni ildə planları var. Azərbaycanın bəzi təhlükəsizliyi ilə bağlı məsələlər hələ yerini tapmayıb. Lakin əsas mübahisəli məsələlər həllini tapıb. Demarkasiya və delimitasiya uzun prosesdir. Azərbaycana qarşı mediada müharibə aparırlar. Ermənistan hökumətinin də bu işdə payı var. Biz bunu hərbi meydanda əldə etmişik. Sülh məsələsinə Ermənistan daha maraqlı olmalıdır. Məqalələr çıxır, Azərbaycan Zəngəzura müdaxilə edir. Tarixi silib Azərbaycanı təcavüzkar ölkə kimi göstərirlər. Ermənistanı demokratik ölkə kimi təqdim edirlər. Halbuki 90% dağıntı həmişə Azərbaycanda baş verib".
Sədr sözlərinə belə davam edib: "İranla bağlı məsələlər müsbət müstəvidə gedir. Amma təhlükəsizliklə bağlı problemlər hələ öz həllini tapmayıb. Təşəbbüs İran tərəfdədir. Görək, onlar 2024-cü ildə hansı addımı atacaqlar. Məni bir sıra başqa məsələlər də narahat edir. Adekvat cavab verilməlidir. Bütün bu məsələlər bizim mərkəzin də diqqətində olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB