“Prezidentin Ağdama səfəri onu göstərir ki,…” - DEPUTAT ŞƏRH ETDİ

“Prezidentin Ağdama səfəri onu göstərir ki,…” - DEPUTAT ŞƏRH ETDİ

“Torpaqlarımız işğal altında olduğu dövrdə Prezident İlham Əliyev öz ad günlərində məcburi köçkün və qaçqınlar üçün tikilmiş yaşayış kompleksələrinin açılış mərasimlərində iştirak edir və onlar qarşısında çıxış edərək torpaqlarımızı geri qaytaracağımızı, növbəti görüşləri işğaldan azad edilmiş torpaqlarda keçirəcəyini bildirirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Üç ildir ki, torpaqlarımız azaddır və ermənilərin 30 il dağıdaraq viran qoyduğu ərazilər yenidən qurlaraq bərpa olunur. Ölkə başçımız son üç ildə öz doğum günlərində işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqələrin açılışlarında və yeni layihlərin təməl qoyma mərasimlərində iştirak edir. Bu ilin 24 dekabrı da ermənilərin daşı daş üstündə saxlamadığı və Qafqazın Xirosiması adlandıran Ağdamın yenidən qurulması və bərpası ilə bağlı keçirilən mərasimləri ilə zəngin oldu.

Ölkə başçımız Ağdama səfəri çərçivəsində Ağdam qovşaq yarımstansiyasını, Xaçınçay Su Anbarını, uzunluğu 44,5 km olan Bərdə-Ağdam yolunu istifadəyə verdi. Ağdam şəhərinin 4 və 5 -ci yaşayış komplekslərinin, Mərkəzi Parkın, Qiyaslı, Salahlı, Baş Qərvənd kəndlərinin təməlləri qoyuldu, Ağdam Şəhərinin daxili yollarında və İmarət kompleksində aparılan yenidən qurma və bərpa işləri ilə tanış olaraq tapşırıqları verdi.

Cənab Prezident İlham Əliyevin xüsusi tapşırıqları və nəzarəti ilə Ağdam rayonu ən yükəsk səviyyədə yenidən qurulub bərpa edilir. Keçmiş məcburi köçkün həyatını yaşamış ağdamlılar dünyanın ən gözəl yaşayış məntəqlərinə qayıdacaqlar. Ağdam şəhəri özünün arxitekturası və dizaynı ilə xüsusilə fərqlənəcək. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərə etdiyi mütəmadi səfərlər o ərazilərdə görülən işlərin daha keyfiyyətlə və sürətlə icra olunmasına yol açır. Bəli, son üç ildə dövlət başçımızın və Birinci vitse prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə etdiyi 100-dən çox səfəri bu əraziləri cənnətə döndərir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrin səviyyəsi yeni bir Azərbaycan standartını meydana gətirir. Bu standart xalqımızın milli mənəvi dəyərlərini özündə əks etdirməklə müasirliyi özündə birləşdirir.

İşğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işlərinin yüksək səviyyədə aparılması həm bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin firavan yaşayışını təmin edəcək, həm də 30 il dövriyyədən kənarda qalmış ərazilər yenidən ümumi iqtisadiyyatımıza reinteqrasiya olunacaqdır. Bu da dövlətimizin gücünü daha da artıracaq. İşğaldan azad olunmuş ərazilərdə icra olunan yenidənqurma və bərpa işləri, o cümlədən keçmiş məcburi köçkünlər üçün ən müasir yaşayış standartlarının icra olunması Prezident İlham Əliyevin siyasətinin təməlində hər bir vətəndaşının rifahının dayandığını göstəricisidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə