"Bu gün Azərbaycan öz şanlı dövrlərdən birini yaşayır" - Sahibə Qafarova
“Bu gün Azərbaycan öz şanlı dövrlərdən birini yaşayır. Biz iqtisadi, siyasi platformada söz sahibi olan dövlətimizlə qürur duyuruq”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında sədr Sahibə Qafarova deyib.
Sədr bildirib ki, 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə 1 günlük antiterrror tədbirləri nəticəsində ən böyük problemimiz geridə qalıb: “Qarabağın və Şərqi Zəngızurun işğalına son qoyulub. Cənab Prezident İlham Əliyevin uzaqgörən daxili xarici siyasət xətti dayanır. Onun siyasəti nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri siyahısına çıxıb. Ölkəmizin sürətli dinamik inkişafı təmin olunub. Məcburi köçkünlər 30 il həsrətində olduqları torpaqlarına dönürlər. Düşünürəm ki, dünən Xankəndidə baş tutan tədbirlər “Qarabağ Azərbaycandır” həqiqətini bir daha dünyaya çatdırdı”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB