“Qarşıda bizi gərgin iş rejimi gözləyir” - ZEYNAL NAĞDƏLİYEV

“Qarşıda bizi gərgin iş rejimi gözləyir” - ZEYNAL NAĞDƏLİYEV

İşimizi elə qurmalıyıq ki, budəfəki seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yaxşı qiymətləndirilsin. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Hər birimizin vəzifəsi və məqsədi ondan ibarətdir ki, qarıdakı prezident seçkilərini mütəşəkkil və heç bir qanun pozuntusuna yol vermədən keçirilməsini təmin edək. Bu istiqamətdə üzərimizə düşən vəzifələr və məsuliyyət aydındır. Qarşıda bizi gərgin iş rejimi gözləyir. İşimizi elə etməliyik ki, seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə