“İdeyaya sadiq qalmaq böyük bir göstəricidir” - ŞƏRH EDİLDİ

“İdeyaya sadiq qalmaq böyük bir göstəricidir” - ŞƏRH EDİLDİ

““Boykot” Azərbaycanın barışmaz, müxalif qüvvələrinin dilindən düşməyən sözdür. İlk növbədə bu onların bacarıqsızlığının, siyasi mübarizədə lazımi qədər işləməməyin, əsad trendlərdən yayınmağın izahıdır. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda özlərini radikal və hakimiyyətə barışmaz yanaşan opponentlərin taktikası və strategiyası ondan ibarətdir ki, bəhanə tapsınlar. Bilirik ki, mübarizədə ən inadkarlar, seçdiyi yola sadiq qalanlar müəyyən yollar axtarırlar. Onlar başa düşürlər ki, mübarizədə iştirak etmək lazımdır. Yəni mövcudluq son dərəcə vacib göstəricidir. Lakin elə insanlar da var ki, guya mübarizə apardıqlarını göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, ya mübarizə var, ya yoxdur: “Birincisi mübarizədə hər zaman ideya olmalıdır. İdeyaya sadiq qalmaq isə böyük bir göstəricidir. Mübarizlər üçün ideya hər zaman strateji əhəmiyyət kəsb edir. Lakin müxalif qüvvələrin ideyalarının nə olduğu, nəyə hesablandığı bilinmir. Xalqımıza xarici qüvvələrlə mübarizə öz sözümüzü demək, ərazi bütövlüyümüzü bərpa etmək, dünya birliyinə həqiqətləri çatdırmaq lazım idi. Müxalif qüvvələr isə bu illər ərzində ortaya heç bir tutarlı strategiya qoya bilməyiblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə