“İqlim dəyişiklikləri məsələsinə Azərbaycanın verdiyi töhfə göz qabağındadır“ - POLİTOLOQ ŞƏRH ETDİ

“İqlim dəyişiklikləri məsələsinə Azərbaycanın verdiyi töhfə göz qabağındadır“ - POLİTOLOQ ŞƏRH ETDİ

“İqlim dəyişikliyi üzrə COP tədbiri dünyanın ən vacib tədbirlərindən biridir. Belə bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal münasibətlər sistemində nə qədər üstün mövqelərə çatdığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, bu gün Azərbaycan beynəlxalq səviyyədə dünyanı narahat edən qlobal problemlərdə əsl dövlət ləyaqəti nümayiş etdirərək, ön cəbhədə yer alır: “Dünyanın 100-dən çox ölkəsindən minlərlə siyasətçinin qatıldığı bir tədbirin gələn il Bakıda keçirilməsi Azərbaycanın bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu göstərir.

Əlbəttə, Prezident İlham Əliyev BMT-nin tədbiri ilə bağlı müşavirədə də çox vacib məqamlara toxundu. Belə ki, COP29-un həm arealına, həm də iştirakçı sayına görə, dünyanın ən vacib tədbirlərindən biri hesab edilə bilər. Bütövlükdə iqlim dəyişiklikləri ilə bağlı BMT nəzdində həyata keçirilən bütün işlər və Azərbaycanın bu sahəyə verdiyi töhfə göz qabağındadır. Hazırda bütün dünyanın qlobal ekoloji məsuliyyət şüuruna yiyənlənməli olduğu bir dövrdə Azərbaycanın bu sahədə atdığı addımlar və ölkəmizin bu sahəyə verdiyi töhfələr dünyanın digər dövlətləri tərəfindən də qəbul edilir və etiraf edilir. Bu da bir daha göstərir ki, Azərbaycan bütün dünyanı narahat edən problemlərdə də qlobal təşəbbüsçü kimi hər zaman ön sıralarda yer alır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə