"Təxribatçı fikirlər siyasətçiyə başucalığı gətirməz" -MÜNASİBƏT

"Təxribatçı fikirlər siyasətçiyə başucalığı gətirməz" -MÜNASİBƏT

“Ölkədə növbədənkənar prezident seçkiləri elan olunub. 2024-cü il fevralın 7-də Azərbaycan növbədənkənar prezident seçkiləri keçiriləcək. Nəzərə almalıyıq ki, bundan əvvəlki dönəmdə də prezident seçkiləri növbədənkənar keçirilib”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, hazırkı parlament də növbədənkənar seçkilərlə formalaşıb: “O zaman ölkədə fəaliyyət göstərən iddialı olan siyasi güclərdə mövcud reallara hazır olmalı və seçkilərin növbəti və ya növbədənkənar keçirilməsindən asılı olmayaraq əgər siyasi iradəsi, gücü və elektaratının olmasını bildirirsə mütləq mənada seçkilərin hansı formada keçirilməsindən asılı olmayaraq bu seçkilərə hazır olmalıdır. Növbədənkənar elan olunub deyə bu seçkilərdə iştirak etməmək və ya təbii ki, özünün yetərli elektaratının olduğunu iddia edərək də seçkilərdə iştirak etməməklə hansısa növbədənkənar keçirilməsini bəhanə etmək, təbii ki, bəhanədən başqa bir şey deyil. Bir sözlə, həmin siyasi güclərə heç də bəraət qazandırmır. Hesab edirəm ki, prezident seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış situasiya hər kəs üçün eyni, bərabər vəziyyət yaradır. Seçkilərin növbədənkənar keçməsini bəhanə edərək seçkilərdə iştirak etməmək bir tərəfə bu seçkiləri hansısa formada qaralamaq və bunun ətrafında hansısa qara piar kampaniyası qurmaq heç bir halda heç bir siyasi təşkilata başucalığı gətirmir. Əgər gücün varsa, elektaratın varsa, özündə yetərli güc hesab edirsənsə və seçkilərdə iştirak edərkən nəticə əldə edəcəyinə əminsənsə təbii ki, seçkilərdə iştirak etməli və namizədliyini irəli sürməlisən. Əks halda təbii ki, hansısa qarayaxma kampaniyası həyata keçirmək, bir daha qeyd edirəm ki, düzgün deyil və heç bir siyasi təşkilata başucalığı gətirmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə