"Ulu Öndərin strateji xətti İlham Əliyev tərəfindən həyata keçirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ulu Öndərin strateji xətti İlham Əliyev tərəfindən həyata keçirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ulu Öndər haqqında qısa danışmaq olduqca çətindir. Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən dövrdən (bu zaman 19 yaşım var idi və ikinci kursda oxuyurdum) indiyə kimi bizim başımızın daim üstündə olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev 20 il bundan əvvəl dünyasını dəyişsə də, onun iz qoyduğu strateji xətt davamçısı İlham Əliyev tərəfindən həyata keçirilir: "Bu gün bir çoxları vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə SSR-nin ən yaxşı inkişaf etmiş universitetlərində təhsil alıb Azərbaycana qayıdıblar. Onlar indi də Azərbaycanın bir sıra sahələrində rəhbərlik edirlər".

Rasim Musabəyov sözlərinə belə davam edib: "Düşünürəm ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin xidməti ondan ibarəti idi ki, Azərbaycanı vətəndaş müharibəsindən qorudu, separatizmin yayılmasının qarşısını aldı və Azərbaycanda möhkəm idarətetməni tətbiq etdi. Neft kontraktları, balanslaşdırılmış xarici siyasət, müharibənin dayandırılması hamısı sonda ona gətirib çıxardı ki, Azərbaycan bu gün qalib və qüdrətli dövlətə çevrilib. Bunun bünövrəsi isə Heydər Əliyev tərəfindən həm sovet dönəmindən, həm də hakimiyyətə növbəti dəfə qayıtdıqdan sonra qoyulub. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə