Britaniyalı nazir hökumətlərarası komissiyanın iclasında iştirak edəcək

Britaniyalı nazir hökumətlərarası komissiyanın iclasında iştirak edəcək

Böyük Britaniyanın Biznes və Ticarətin ixracı üzrə dövlət naziri Malkolm Offord dekabrın 7-də Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında bu ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə SİA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.Offord Böyük Britaniya tərəfdən komissiyaya rəhbərlik edir. Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovdur.

Bundan əvvəlki beşinci görüş 2022-ci il iyunun 14-də Londonda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə