Belçikanın Baş naziri iqlim dəyişikliyi ilə mübarizə üçün hərəkətə keçməyə çağırır

Belçikanın Baş naziri iqlim dəyişikliyi ilə mübarizə üçün hərəkətə keçməyə çağırır

“İqlim dəyişikliyi dünyada görülən fövqəladə bir vəziyyətdir”. SİA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Belçikanın Baş naziri Aleksandr de Kro deyib.

Onun sözlərinə görə, bu problemi həll etmək üçün addımlar atmaq lazımdır: "Xalis sıfır emissiyaya nail olmaq üçün gələcəyi "yaşıl sənaye" və quruculuq əsasında təmin etmək lazımdır".

O həmçinin vurğulayıb ki, Belçika hazırda bərpa olunan enerji sektorunun inkişafına böyük diqqət yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə