"Qərbin Cənubi Qafqazla bağlı maraqları İranla bağlıdır" - POLİTOLOQ AÇIQLADI

"Qərbin Cənubi Qafqazla bağlı maraqları İranla bağlıdır" - POLİTOLOQ AÇIQLADI

"Qərb institutlarının Ermənistanın milli maraqlarını müdafiə etmək kimi öhdəlikləri və məsuliyyəti yoxdur, eləcə də Gürcüstanın. Bunların hamısı maraqlardır – mövsümi, yəni dəyişən maraqlar". Bu barədə SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Politoloqun sözlərinə görə, indi Ermənistanın milli maraqları demək, Qərb institutlarının maraqları demək deyil: "Hazırki situasiyada Ermənistanın dəstəklənməsinin bir əsası var. Azərbaycan və Türkiyəni sözəbaxan etmək istəyi. Nə vaxt ABŞ Azərbaycan və Türkiyə ilə uzlaşacaq, onda Ermənistanın aktuallığı onun üçün itəcək.

Y.Hacıyeva bildirib ki, hazırkı mərhələdə Qərbin Azərbaycandan istədiyi bir neçə şey var: "Qərbin Cənubi Qafqazda məqsədi Azərbaycan və Ermənistanla bağlı problemlərin həlli deyil. Qərbin Cənubi Qafqazla bağlı maraqları İranla bağlıdır, məqsəd Azərbaycanın anti-İran koalisiyasında yer almasıdır. Bu gün Qərbin Ermənistanı dəstəkləməsi bununla bağlıdır. Çünki hamıya aydındır ki, İran nüvə silahı əldə etməyə çalışır və bu proqramında sürətlə irəliləyir. Bu da Qərbin marağında deyil. Yəni Azərbaycana olan təzyiqlər Ermənistanın maraqlarının müdafiə edilməsindən irəli gəlmir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə