"Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir" - KOMİTƏ SƏDRİ

"Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir" - KOMİTƏ SƏDRİ

"Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir". SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi hadisədir: “Bu gün həmin ərazilərin vaxtilə dəyişdirilməsi ilə əlaqədar addımları da müzakirə edəcəyik. Ağdərənin yenidən Azərbaycana qayıtması xalq və dövlət olaraq növbəti uğurumuzdur. 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq. Eyni zamanda azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir”, - deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə