"Hərbi xidmətə çağırış prosesində ciddi problemlər var idi" - HƏRBİ EKSPERT DANIŞDI
“Əvvəllər hərbi xidmətə çağırış sahəsində çox ciddi problemlər var idi. Həkim, vətəndaş və səfərbərlik xidmətinin şöbəsində fəaliyyət göstərən məmur arasında ortaq razılaşma əldə olunurdu”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Ekspertin sözlərinə görə, bəzi vətəndaşların hərbi xidmətdən yayınması geniş şəkildə yayılmışdı: “Sağlam olan çağırışçı yararsız kimi, qismən yararsız olan isə yararlı kimi qeydiyyata alınırdı. Bu hal ictimaiyyət arasında ciddi narazılıqlara gətirib çıxarırdı. Hesab edirəm ki, ƏƏSMN-nin tabeliyində olan Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi bu prosesləri şəffaflaşdırmaq istiqamətində kifayət qədər ciddi addımlar atacaq".
Ə.Verdiyev bildirib ki, hər üç ildən bir təkrarlanan yoxlamalar zamanı da səfərbərlik xidmətində müəyyən neqativ hallar qeydə alınırdı: “İndi isə Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi əvvəlki illərdə də yararsız olaraq qeydə alınanların 3 ildən bir təkrar yoxlanması zamanı onlara daha diqqətlə yanaşacaqlar. Saxta yollarla hərbi xidmətdən yayınanları da hərbi xidmətə göndərmək üçün səylərini əsirgəməyəcəklərini düşünürəm”.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB