“Aparılan siyasət Ermənistan və Fransa üçün iflasdır” - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Aparılan siyasət Ermənistan və Fransa üçün iflasdır” - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Otuz il müddətində Fransa və digər Qərb ölkələri erməni separatizminə dəstək verdilər. İndi isə erməni revanşizminə dəstək verməyə başlayıblar. Ötən illər ərzində Fransanın və Qərbin marağı SSRİ-ni dağıtmaq və dağılmış bu məkanda geosiyasi qüvvə kimi var olmaq idi. Bu yoldan erməni separatizminə dəstək verməklə istifadə edirdilər, ermənilərin məqsədi isə Azərbaycandan torpaq qopartmaq idi. Beləliklə Fransa və Qərbin digər dövlətləri ilə Ermənistanın mövqeləri üst-üstə düşdüyünə görə, Azərbaycana qarşı döyüşdülər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, sonda isə nə Ermənistan bizdən torpaq qopara bildi, nə də Fransa regiona soxularaq burada möhkəmlənə bildi: “İndi Fransa və digər ölkələr Ermənistanın revanşizm siyasətinə dəstək verməklə bölgəyə qayıtmaq istəyirlər. Çünki Fransanın Ermənistana hərbi yardım göstərməsi açıq-aşkar Ermənistanı sülh sazişi imzalamaqdan çəkindirmək məqsədinə xidmət edir.
Lakin birinci mərhələdə heçnəyə nail ola bilmədikləri kimi, bu gün də aparılan siyasətin sonu həm Ermənistan, həm də Fransa üçün iflasdır. Ötən 30 il ərzində Ermənistanı Rusiya və Fransa kimi ölkələr ölkəmizdə vuruşan təcavüzkar layihə kimi istifadə etdilər. Sonda Rusiya səhvini başa düşdü və Ermənistandan döyüşən layihə olaraq istifadə etməkdən imtina etdi. Lakin Qərb hələ də Ermənistandan öz aləti olaraq istifadə etməyə davam edir. Bununla da Cənubi Qafqazda daim gərginlik yaratmaq məqsədi güdürlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə